Əsas Səhifə > Gənclər > Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sosial fəaliyyətlər klubu"nun üzvləri tərəfindən maraqlı aksiya keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sosial fəaliyyətlər klubu"nun üzvləri tərəfindən maraqlı aksiya keçirilib


1-06-2021, 21:27


1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd edilib.

İyunun 1-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Sosial fəaliyyətlər klubu" da maraqlı aksiyaya imza atıb. 

Klub üzvləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qazax şəhər Heydər Əliyev adına parkda uşaqlara hədiyyələr paylayıblar. 

"Həyat sizinlə gözəldir, əziz uşaqlar!” devizi altında baş tutan aksiya körpə balalar və valideynləri tərəfindən maraqla qarşılanıb.







 

GOYEZEN.AZ


Geri qayıt