• Təqvim

  • Unutma

  • Maraq



Qazax Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllüləri Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər

Şəhidlərimizi tanıyaq və tanıdaq--------------------------------------


44 gün davam edən Vətən müharibəsi Böyük Qələbəmizlə başa çatdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.

Vətəni canından əziz tutanlar heç vaxt unudulmayacaq. 44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri və adlarını qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrini əziz tutmaq hər birimizin borcudur.

Qazax Rayon Gənclər və İdman İdarəsinin kollektivi və könüllüləri də Vətən uğrunda canından keçən şəhidlərimizi və onların ailələrini hər zaman yad edir.

Öz ənənəsinə sadiq qalan idarənin əməkdaşları könüllülərin iştirakı ilə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun ailəsini ziyarət edib, igid Vətən oğluna olan ehtiramlarını bildiriblər.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev görüşdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi ədalətin bərpası olduğunu qeyd edərək, haqq-ədalət uğrunda gedən mübarizədə idmançıların da igidlik göstərdiklərini, Vətən uğrunda qəhrəmancasına şəhid olduqlarını bildirib. O, 44 günlük Vətən müharibəsində şəhidlərin şərəfli amal naminə bu zirvəyə ucaldıqlarını, Vətən müharibəsində qazanılmış böyük Qələbənin müasir tariximizin şanlı qəhrəmanlıq dastanı kimi heç zaman unudulmayacağını və gələcək nəsillərimiz üçün örnək olacağını bildirib. Vüqar Nəbiyev millətimizin, dövlətimizin qüruru və iftixarı olan şəhidlərin ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını, onların əziz xatirəsinin xalqımız tərəfindən daim anılacağını vurğulayıb.


 





 

GOYEZEN.AZ



Facebook-da paylaş