“Müstəqillik tarixini yazan lider” mövzusunda dəyirmi masa təşkil edilib
Bu gün Qazax Rayon Heydər
Əliyev Mərkəzi və Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə
təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım
gününə həsr olunmuş "Müstəqillik tarixini yazan lider” mövzusunda dəyirmi masa
təşkil edilib. Mərkəzin kitabxanasında təşkil edilmiş tədbirigiriş sözü ilə açan mərkəzin direktoru Ceyhunə Hüseynova çıxışında Ulu Öndərin
Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində
dirçəlişin banisi olduğunu qeyd edib. Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi dövrlər ərzində daim dövlətimizin tərəqqisi üçün
çalışdığını, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu
Azərbaycanı bir dövlət kimi zamanın sərt və ağır sınaqlarından üzüağ çıxardığını
diqqətə çatdırıb.
Qazax GİKM-in direktoru İsmayıl
Süleymanov vurğulayıb ki, bütün mənalı həyatını
öz xalqına bəxş etmiş Heydər Əliyev siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti
ilə adını Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazdırmışdır. O, taleyin
xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Heydər Əliyev yüksək idarəçilik
məharəti ilə böyük bir məktəb yaratmış və hələ neçə-neçə nəsil bu məktəbdən
xalqımızın rifahı naminə yararlanacaqdır. İ.Süleymanov suveren dövlətimizin
gənclər siyasətinin əsasının da məhz Heydər Əliyev tərəfindən qoyulduğunu, gənclərimizin
bugünkü uğurlarının həmin strategiyanın bəhrələri olduğunu vurğulayıb. Sonra Mərkəzin əməkdaşı Sərvinaz
Məmmədova çıxış edərək Ulu Öndər haqqında öz fikirlərini bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş