Əsas Səhifə > Gənclər > “Müstəqillik tarixini yazan lider” mövzusunda dəyirmi masa təşkil edilib
“Müstəqillik tarixini yazan lider” mövzusunda dəyirmi masa təşkil edilib12-12-2019, 16:00 |
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzi və Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş "Müstəqillik tarixini yazan lider” mövzusunda dəyirmi masa təşkil edilib.
Mərkəzin kitabxanasında təşkil edilmiş tədbirigiriş sözü ilə açan mərkəzin direktoru Ceyhunə Hüseynova çıxışında Ulu Öndərin Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin banisi olduğunu qeyd edib. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlər ərzində daim dövlətimizin tərəqqisi üçün çalışdığını, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın sərt və ağır sınaqlarından üzüağ çıxardığını diqqətə çatdırıb.
Qazax GİKM-in direktoru İsmayıl Süleymanov vurğulayıb ki, bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyev siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti ilə adını Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazdırmışdır. O, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Heydər Əliyev yüksək idarəçilik məharəti ilə böyük bir məktəb yaratmış və hələ neçə-neçə nəsil bu məktəbdən xalqımızın rifahı naminə yararlanacaqdır. İ.Süleymanov suveren dövlətimizin gənclər siyasətinin əsasının da məhz Heydər Əliyev tərəfindən qoyulduğunu, gənclərimizin bugünkü uğurlarının həmin strategiyanın bəhrələri olduğunu vurğulayıb. Sonra Mərkəzin əməkdaşı Sərvinaz Məmmədova çıxış edərək Ulu Öndər haqqında öz fikirlərini bildirib.
GOYEZEN.AZ Geri qayıt |