• Təqvim

  • Unutma

  • Maraq



Qazax GİKM-də Milli Mətbuat Günü qeyd olunub


Bu gün Milli Mətbuat Günü ilə əlaqədar Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə Gənclər Mərkəzində jurnalistlərlə görüş keçirilib. Tədbirdə regionda fəaliyyət göstərən "Göyəzən.Az", "BölgəninSəsi.Org", "MediaXəbərləri.Az" saytlarının əməkdaşları, eləcə də "Sputnik Azərbaycan"ın bölgə müxbiri, "Gənc könüllülər, Qazax rayon Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak ediblər.

Mərkəzin direktoru İsmayıl Süleymanov tədbiri giriş sözü ilə açaraq mətbuat işçilərini peşə bayramları münasibətilə təbrik edib. Dövlət tərəfindən mətbuat sahəsinə göstərilən diqqət və qayğıdan danışan İ.Süleymanov Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Respublika Prezidenti İlham Əliyevin bu gün imzaladığı 22 iyul 2019-cu il Sərəncamı bu istiqamətdə atılan uğurlu addımların əyani sübutu kimi qiymətləndirib. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzi haqqında ətraflı məlumat verərək gələcəkdə media qurumları ilə daha sıx əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

"MediaXəbərləri.Az" saytının baş redaktoru Ələddin Qarayev çıxış edərək KİV nümayəndələrinə göstərilən diqqət və qayğıya görə həmkarları adından ölkə başçısına minnətdarlığını bildirib. Bugünkü tədbirin təşkilinə görə mərkəzin kollektivinə təşəkkürünü çatdırıb.

Tədbirin sonunda mərkəzin fəaliyyətinə göstərdikləri media dəstəyinə görə "Göyəzən.Az" və "BölgəninSəsi.Org" saytları Təşəkkürnamə ilə təltif olunublar.




GOYEZEN.AZ



Facebook-da paylaş