Qazaxda 3 saylı körpələr evi-uşaq bağçasının kollektivi və uşaqları onlayn şəkildə görüşüblər
Tərbiyəçi müəllimlərin,
valideyn komitəsinin üzvlərinin, körpə fidanların iştirakı ilə keçirilən onlayn
görüş də bu dediklərimizin əyani sübutudur. Onlayn görüşü
giriş sözü ilə açan bağçanın müdiri İradə Mustafayeva valideynləri, müəllimləri
və uşaqları salamlayıb. Keçirilən görüşün məqsəd və əhəmiyyətindən söz açaraq
ötən müddət ərzində görülmüş işləri qeyd edib. Bağça müdiri dövlət
başçısının rəhbərliyi altında ölkəmizdə koronavirus
infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində vaxtında görülən təxirəsalınmaz
qabaqlayıcı tədbirlərə və əldə edilən uğurlu nəticələrə görə Respublika
Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik
etdiyi kollektiv adından minnətdarlığını bildirib. Xüsusilə də Birinci
vitse-prezident Mehriban xanımın pandemiya ilə bağlı vətəndaşları
gözləyən riskləri göz önünə alaraq bir ana, bir nənə, bir bacı, bir həyat
yoldaşı kimi xalqa müraciət etməsini, onları məhz bu məqamda düşünməsini, qorumasını
bütün müəllimlərin, valideynlərin minnətdarlıq hissi ilə qarşıladıqlarını
bildirib.
Bağça müdiri Qazax rayonunda azyaşlı körpələrin
sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yeni uşaq
bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını,
müasir inventar və avadanlıqlarla təmin edilməsini ölkə başçısının və rayon
rəhbərliyinin gələcəyimiz olan uşaqlara göstərilən qayğısı kimi qeyd edib. Bu
gün bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli ərzaq təminatı
ilə təmin olunmasının və körpələrə göstərilən qayğının da daim nəzarətdə
saxlanıldığını vurğulayıb. İstər rəhbərlik etdiyi 3 saylı körpələr evi-uşaq
bağçasında, istərsə də rayonda fəaliyyət göstərən digər bağçalarda yaradılan
yüksək şəraitə görə kollektivi adından Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşova sonsuz təşəkkürünü çatdırıb.
Görüşdə iştirak edən valideyn komitəsinin üzvlərindən
Nazilə Sanıyeva çıxış edərək koronavirus infeksiyasının yayılmasının qarşısının
alınması sahəsində həyata keçirilən genişmiqyaslı işlərə görə valideynlər
adından ölkə başçısına minnətdarlıq edib. Təxirəsalınmaz tədbirlər çərçivəsində
ilk olaraq bağçalarda təlim-tərbiyə prosesinin dayandırılmasını uşaqlara olan
dövlət qayğısının əyani sübutu kimi vurğulayıb. Ölkəmizdə uşaqların sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə
Respublika Prezidenti İlham Əliyevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib. Bağçalarda təlim-tərbiyə
prosesi dayandırıldığı ilk gündən müəllimlərin istər valideynlərlə, istərsə də
uşaqlarla əlaqələrini kəsmədiklərini, WhatsAppla onlayn şəkildə gündəlik ev tapşırıqları verdiklərini bildirib.
Tərbiyəçi müəllimlərdən Kəmalə Sanıyeva, Təranə
Hacıyeva, Yetər Yusifova, Pəri Məmmədli xüsusi karantin rejimi dövründə gördükləri
işlərdən danışıblar. Uşaqlarla mütəmadi olaraq əlaqə saxladıqlarını "Evdə qal”,
"Bağçam üçün çox darıxmışam” adlı, eləcə də ulu öndər Heydər Əliyevin anadan
olmasının 97-ci ildönümünə həsr olunmuş videoçarxlar hazırladıqlarını qeyd
ediblər. Görüşdə balaca fidanlara da söz verilib. Əvvəlcə
hazırladıqları videoçarx nümayiş olunub. Sonra uşaqlar bir-birindən rəngarəng
şeirlər söyləyiblər. Bağça müdiri
İradə Mustafayeva sonda rəhbərlik etdiyi kollektiv və valideynlər adından ölkə
başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə uşaqlara göstərilən
sonsuz qayğıya görə bir daha dərin minnətdarlığını bildirib. Bu cür onlayn
görüşlərin mütəmadi olaraq təşkil olunacağını qeyd edib. Tərbiyəçi müəlllimlərə
uşaqlarla daha sıx əlaqə saxlamaları ilə bağlı tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Hamıya
məlum olduğu kimi, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının
qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində bütün təhsil müəssisələrində,
məktəblərdə olduğu kimi, məktəbəqədər
təhsil müəssisələrində də təlim-tərbiyə
prosesi dayandırılıb. 1 may 2020-ci il tarixli sərəncama əsasən ölkəmizdə mayın 4-dən 31-dək müddəti uzadılan xüsusi karantin
rejimi ilə əlaqədar bağçalarda tərbiyəçi müəllimlər valideynlərlə, uşaqlarla onlayn
qaydada əlaqə saxlayır, gündəlik tapşırıqlar verirlər.
95 yerlik Qazax şəhər
3 saylı körpələr evi-uşaq bağçasının kollektivi də ilk gündən onlayn qaydada təlim-tərbiyə
prosesini uğurla icra edirlər.
Facebook-da paylaş