İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbin müəllimləri də “Virtual məktəb”də toplantı keçiriblər
Bütün dünyanı cənginə alan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda da qabaqlayıcı tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasına qarşı həyata keçirilən təxirəsalınmaz mübarizə tədbirlərinin nəticəsidir ki, bu gün Azərbaycan ən az itki verən ölkələr sırasında dayanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi də dayandırılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamı ilə ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Bununla əlaqədar xüsusi karantin rejimi müddətində şagirdlər üçün təhsilin intensivliyinin təmin edilməsi məqsədilə məqsədyönlü tədbirlər görülür. Bütün səy və imkanlardan səmərəli istifadə edilərək şagirdlərin tədris prosesindən uzaq qalmamaları üçün keçirilən onlayn dərslər, şagirdlərin distant təhsilə cəlb olunmaları da həmin tədbirlərdəndir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində aprel ayının əvvəlindən başlayaraq start verdiyi "Virtual məktəb” layihəsi isə şagirdlərin dərslərinə qaldıqları yerdən davam etmələrində mühüm rol oynayır.
İsmət Qayıbov adına Qazax şəhər 3 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi də Təhsil Nazirliyi tərəfindən reallaşan "Virtual məktəb” layihəsinə qoşulub. İstər Nazirlik, istərsə də rayon Təhsil şöbəsi tərəfindən verilən tapşırıq və tövsiyələri olduğu kimi icra edən məktəb kollektivi ilk gündən "Virtual məktəb” layihəsinə qoşulmaqda fəallıq nümayiş etdirirlər. Əvvəllər "Zoom" proqramı ilə onlayn dərsləri keçən müəllimlər "Virtual məktəb”in imkanlarından da səmərəli istifadə edirlər.
2018-2019-cu tədris ilində 3 nəfər məzunu 600-dən yuxarı bal toplayaraq yüksək nəticə göstərən məktəbin kollektivi. bu il də uğurlu göstəricilər əldə etmək üçün böyük səylə çalışırlar. Belə ki, məktəb müəllimləri "Virtual məktəb”də nəinki onlayn dərslər, eləcə də tez-tez videotoplantılar keçirir, gördükləri işləri və qarşıda duran vəzifələri müzakirə edirlər.
Məktəbin direktor əvəzi Nailə Əfəndiyeva növbəti videotoplantında çıxış edərək dövlət tərəfindən ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması istiqamətində vaxtında görülən qabaqlayıcı tədbirlərə və əldə edilən uğurlu nəticələrə görə Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlərə yaradılan bu cür imkanlara, xüsusilə də "Virtual məktəb” layihəsinə görə Təhsil Naziri Ceyhun Bayramova təşəkkürünü çatdırıb. Rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə olan yüksək diqqət və qayğıya görə icra başçısı Rəcəb Babaşova müəllimlər adından bir daha minnətdarlıq edib.
Məktəb direktoru məktəblərdə tədrisin dayandırıldığı ilk gündən müəllimlərin WhatsAppla, "Zoom" proqramı ilə dərslərə davam etdiklərini bildirib. Bundan əlavə, şagirdlərin Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 mart 2020-ci il tarixdən Mədəniyyət və ARB "Günəş” kanallarında həftənin 5 günü keçirilən teledərslərə cəlb olunduğunu vurğulayıb.
Məktəbin tarix müəllimi Ruslan Rzayev, Azərbaycan dili və Ədəbiyyat müəllimi Aygün Bayramova, biologiya müəllimi Şəlalə Məhərrəmova çıxış edərək xüsusi karantin rejimi dövründə məktəblərin dayandırıldığı vaxtdan bu günə kimi gördükləri işlərdən danışıblar. "Evdə qal, təhsildən geri qalma” devizini əldə rəhbər tutaraq "Biz birlikdə güclüyük!” şüarını öz işləri ilə doğrultmağa çalışdıqlarını vurğulayıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş