• Təqvim

  • Unutma

  • Maraq



2016-cı il yaddaqalan olub

2016-cı il yaddaqalan olub

İkinci Şıxlı kənd İƏD üzrə nümayəndəsi Qabil Məmmədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən il rayonumuz, o cümlədən İkinci Şıxlı kəndi üçün də uğurlu olmuşdur. Hesabat ilində kənddə bir sıra təqdirəlayiq işlər görülmüşdür.

Kəndin inzibati ərazisi 5245 hektar sahəni əhatə edir. Ərazidəki 1041 təsərrüfatda 3571 nəfər əhali yaşayır ki, onun da 1768 nəfərini kişilər, 1803 nəfərini isə qadınlar təşkil edir. Nümayəndəliyin ərazisində bələdiyyə, həkim məntəqəsi, 2 tam orta məktəb, 2 folklor klubu, 2 kitabxana, 3 uşaq bağçası, poçt və rabitə şöbəsi fəaliyyət göstərir.


Hesabat dövründə RİH Başçısının sərəncamına əsasən 5 nəfərdən ibarət işçi qrupu yaradılmış və onların köməyi ilə bəzi problemlərin həlli istiqamətində işlər görülmüş, bir sıra çatışmazlıqlar haqqında isə aidiyyəti üzrə məsələlər qaldırılmışdır.
2016-cı il yaddaqalan olub
İkinci Şıxlı kəndi Gürcüstanla sərhəddə yerləşir. Hər gün yüzlərlə xarici vətəndaş ölkəmizin “Qərb qapısı” sayılan “Sınıq Körpü” Sərhəd Keçid Məntəqəsindən keçərək respublikamıza qonaq gəlir. Buna görə də kəndimizin təmizliyi, Bakı-Tbilisi magistral yolun kənarlarına zibil atılmasının qarşısının alınması istiqamətində il ərzində mühüm işlər görülmüşdür.
2016-cı il yaddaqalan olub
Eyni zamanda Şəhidlər Xiyabanında, kənd qəbiristanlıqlarında təmizlik işləri aparılmışdır. Bundan başqa xiyabanda abadlıq işləri aparılmış, şəhid ailəsi Şamil Musayevin evində təmir işləri görülmüşdür.

Həmçinin 1941-45-ci illər müharibə veteranlarının abidə kompleksinin fasad hissəsi rənglənərək ətrafı abadlaşdırılmışdır.

Cari ildə kəndin ərazisində bir sıra işlər görülmüşdür. Belə ki, icra nümayəndəliyinin və bələdiyyənin inzibati binasının fasad hissəsi rənglənərək binanın 5 otağı təmir edilmişdir. Kəndarası yolların 1,5 km hissəsinə qum-çınqıl tökülərək hamarlanmışdır.

Kəndə gələn su arxı öz başlanğıcını Gürcüstan ərazisindən keçən Xram çayından götürür. Arxda su azaldığından bir neçə dəfə mexanizmlər vasitəsilə 2 km məsafəyə yaxın kanal qazılaraq arxın qidalanması təmin edilmişdir.

Kənd əhalisi əsasən əkinçilik və heyvandarlıq məhsullarının istehsalı ilə məşğuldur. 2016-cı təsərrüfat ilində əhalinin torpağa münasibəti köklü surətdə dəyişmiş, yüksək məhsul istehsalına maraq artmışdır. Cari ildə 250 hektar sahənin taxılı biçilmiş və 726 ton məhsul əldə edilmişdir. 2017-ci ilin məhsulu üçün 1350 hektar sahə əkilmiş, 1120 hektara buğda, 228 hektar sahəyə isə arpa səpilmişdir.

Kənddə baramaçılığın inkişaf etdirilməsi üçün yem bazasının olması olduqca vacibdir. Bu məqsədlə cari ildə 1000 ədəd tut ağacı tingi əkilmişdir. Bundan əlavə 4 hektar sahədə şəkər çuğunduru, 2 hektarda tütün əkilməsi və 300 kq barama istehsal edilməsi nəzərdə tutulmuşdur.

Hesabat dövründə kənd təsərrüfatı bitkiləri əkən 294 nəfərə yanacaq və sürtkü yağına görə 22222 manat subsidiya ödənilmişdir.
2016-cı il yaddaqalan olub
Nümayəndəlik əkinçilik və heyvandarlıq sahələrində kənd əhalisinə yaxından köməkdarlıq göstərmiş, yaranmış çətinliklər bələdiyyə ilə birlikdə aradan qaldırılmışdır.
2016-cı il yaddaqalan olub
Hesabat ilində Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov mütəmadi olaraq kənd sakinləri ilə görüşlər keçirmiş, onları narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir.
2016-cı il yaddaqalan olub
Sonra kənd sakinlərindən İlham Musayev, Qurban Mikayılov, Rafiq Əfəndiyev, Fikrət Talıbov, Rahilə Osmanova, Nərminə Kələşova və başqaları çıxış edərək onlara göstərdiyi diqqət və qayğıya görə kənd camaatı adından Prezident İlham Əliyevə və Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.
2016-cı il yaddaqalan olub
RİH Başçısının müavini Gulaya Həsənova, Aparatın ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Məmməd Alıyev hesabat yığıncağına yekun vuraraq qarşıda duran vəzifələrin yerinə yetirilməsində kənd sakinlərinə uğurlar arzulayıblar.

Elçin İSMAYIL


Facebook-da paylaş