Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və
müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Milli Məclisin
deputatı Ülviyyə Ağayevanın da iştirak etdiyi fərdi qəbulda vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib.
Şəhər sakini Ocaxquluyeva Sevil Səyad qızının və Kosalar
kənd sakini Vəlizadə İlhamə Ələsgər qızının işlə
təmin olunmaları ilə bağlı müraciətlərinə cavab olaraq müvafiq iş yerləri
təklif olunub.
Şəhər sakini Salehova Şəfəq Rövşən qızının, Çaylı kənd
sakini İsmayılova Gülnaz Talış qızının, Quşçu Ayrım kənd sakini Məmmədov Paşa
Məmməd oğlunun, Yuxarı Salahlı kənd sakini Həsənov Həsən Əhməd oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq
cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş