İcra başçısı Daş Salahlı kənd uşaq bağçalarında olub
Bu gün Azərbaycanda bütün sahələrlə yanaşı, uşaqlara
olan diqqət və qayğı da dövlət siyasətinin prioritet istiqamətlərindən birini
təşkil edir. Belə ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq
siyasəti bu gün də uğurla həyata keçirilir. Respublika Prezidenti İlham Əliyevin
və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və
qayğı, ən əsası da respublikamızın bütün bölgələrində yeni-yeni körpələr evlərinin
inşa olunaraq balaca fidanların istifadəsinə verilməsi bu dediklərimizin əyani
sübutudur.
Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının
tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli
sərəncamına əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
məqsədyönlü işlər görülür. Rayonda uşaqlara göstərilən diqqət və qayğının əyani
göstəricisi isə yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə artmasıdır.
Rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından 20-nin müasir tələblərə
cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Ən
son Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra
istifadəyə verilməsi bu sahədə görülən işlərin bundan sonra da uğurla davam
etdirilməsi deməkdir. Rayonda bağça tikintisi ilə yanaşı, uşaqlara göstərilən
diqqət və qayğıya, onlara verilən ərzaqların keyfiyyətinə də xüsusi həssaslıqla
yanaşılır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Daş Salahlı kəndində yerləşən 2 saylı uşaq bağçasında və 3 saylı
körpələr evi-uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların
davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə
maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.
Bağça müdirləri və işçilər ölkəmizdə uşaqların sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə
başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin
minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi təyin olunduğu ilk gündən körpə
balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz
təşəkkürlərini çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş