Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə Fəxri Fərmanla təltif edib
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün qeyd edilib. 2 iyul – polis işçilərinin peşə bayramı ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, təqaüddə olan veteran polislər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar. Sonra Qazax Rayon Polis Şöbəsinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı öz xidməti vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək Şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Tədbir iştirak edən hüquq-mühafizə orqanlarınn rəhbərləri, təqaüddə olan veteran polislərdən Cavanşir Mustafayev, Qayıb Civişov çıxış edərək əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını təbrik edib, polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu, Azərbaycan Polisinin ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısı olduğunu bildiriblər. 108 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini qeyd ediblər. Daha sonra Azərbaycan Respublikası Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə Qazax RPŞ-nin əməkdaşları xidmətdə əldə etdikləri yüksək nəticələrə, xidməti vəzifələrini nümunəvi və layiqincə yerinə yetirdiklərinə, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işində fərqləndiklərinə görə bir qrup polis əməkdaşı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əsədov Sənan Şamil oğluna, Qazax RPŞ-nin İstintaq bölməsinin rəisi, polis polkovnik-leytenantı Gözəlov Anar Nəbi oğluna, Kadrlar qrupunun kadr və peşə hazırlığı üzrə baş inspektoru, polis kapitanı Xamoyev Hacı İlham oğluna, Təhqiqat bölməsində təhqiqatçı, polis leytenantı Məsiyev İman Elşən oğluna, İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı İbrahimov Pərvin Amil oğluna, Cinayət axtarışı bölməsinin əməliyyat müvəkili, polis leytenantı Yusubov Gündüz Elxan oğluna, Uçot-qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru, polis baş serjantı Xudiyev Amil Arif oğluna, Təminat hissəsinin kiçik inspektoru, polis baş serjantı Vəliyev Mübariz Həsən oğluna, İctimai təhlükəsizlik bölməsi sahəsinin polis nəfəri, polis serjantı Abdullayev Ayaz Azad oğluna, İctimai təhlükəsizlik bölməsinin sahənin polis nəfəri, polis serjantları Orucov Arzuman Elçin oğluna, Xəlilov Vidad Mədət oğluna səmimi təbriklərini çatdıraraq Fəxri Fərmanları təqdim edib. Tədbirdə həmçinin, veteran polis işçiləri də hədiyyələrlə mükafatlandırılıblar. Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov sonda bir daha bütün polis əməkdaşlarına səmimi arzularını çatdırıb, təbrikə gələn rayon rəhbərliyinə və qonaqlara minnətdarlığını bildirib.
Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını müstəqil, suveren, qalib dövlətin vətəndaşı olaraq qürurla qeyd edir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Daxili İşlər orqanlarının keçdiyi çətin və şərəfli xidmət yoluna baxıb qürurlanmamaq mümkün deyil.










Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədovtədbiri giriş sözü ilə açaraq Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü münasibətilə bütün şəxsi heyəti, veteran polis əməkdaşlarını, torpaqlarımızın müdafiəsi uğrunda Şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik, səadət, çətin, lakin çox şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb. Polis rəisi Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub, Qazax polisinin ünvanına səslənən xoş sözləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Polis rəisi çıxışı zamanı müasir müstəqil Azərbaycanın qurucusu olan Ulu Öndər Heydər Əliyevin bütün dövlət strukturlarının yaranmasında, formalaşmasında, təkmilləşdirilməsində, həmçinin, Azərbaycan Polisinin bugünkü səviyyədə olmasında misilsiz xidmətləri olduğunu qeyd edib. Ümummilli Liderin Azərbaycan Polisinə xüsusi diqqət ayıraraq onların ünvanına hər zaman yüksək fikirlər səsləndirdiyini, polis əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyini söyləyib. Ulu Öndərin səsləndirdiyi “Polis dövlətin əsas sütunlarından biridir. Polis peşəsi ağır peşədir. O bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrəka, elm, təhsil, təcrübə tələb edir. Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensialı vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcuddur. Əgər onlardan biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o biri isə daxili işlər nazirliyi, polis orqanlarıdır” fikirlərini bu gün hər bir polis məkdaşının qürurla xatırladığını qeyd edib. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-nin Azərbaycan Polisi Günü elan edilməsi Daxili İşlər orqanlarına verilən dəyərin daha bir parlaq təzahürü oldu. Prezident İlham Əliyevin hakimiyyəti dövründə də Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox mühüm qərarlar qəbul olunub. Müzəffər Ali Baş Komandanın xüsusi diqqət və qayğısının nəticəsi olaraq hazırda Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
“Daxili İşlər orqanları hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur”, - deyən polis rəisi istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istər antiterror tədbirləri, istərsə də digər döyüşlərdə daxili qoşunların əməkdaşlarının böyük fədakarlıq göstərdiklərini bildirib. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlılarının düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yazdıqlarını söyləyib. Fəxr edirik ki, ölkədə ictimai təhlükəsizliyi, əhalinin dincliyini, qanunçuluğu və hüquq qaydasını qorumaq kimi çətin, həmçinin, məsul vəzifələri yerinə yetirən Azərbaycan Polisi və onun tərkib hissəsi olan Qazax Rayon Polis Şöbəsi bu tarixi günü qanuna, xalqa, dövlətə, ölkə başçısına sədaqətli xidməti ilə qarşılayır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi yeni, demokratik Azərbaycanın qurulmasına yönəlmiş strateji kursunu müvəffəqiyyətlə inkişaf etdirən Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin böyük diqqət və qayğısı daxili işlər orqanlarında, o cümlədən Qazax RPŞ-də fəaliyyətin canlanması üçün mühüm stimul olmuş, professionallığın yüksəlməsində və qanunçuluğun möhkəmlənməsində əvəzsiz rol oynamışdır. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən polis rəisi həmin qayğının hər bir polis əməkdaşına nümunə olduğunu söyləyib. Həmin qayğını əldə rəhbər tutaraq gənc nəsli narkomaniya adlı bəladan qorumaq üçün rayonun ümumtəhsil məktəblərində maarifləndirici görüşlərin keçirildiyini bildirib. Polis rəisi S.Əsədov Azərbaycan dövlətinə xidmətə görə hər bir polis əməkdaşına təşəkkür edib. Önəmli fəaliyyəti, dövlətə, dövlətçiliyə və anda sadiqliyi hər zaman yüksək dəyərləndirən Qazax RPŞ-nin əməkdaşlarının hörmətli Nazir general-polkovnik Vilayət Eyvazovun qarşılarına qoyduğu tapşırıqları bundan sonra da layiqincə yerinə yetirəcəklərinə, hüquq qaydalarının və daxili sabitliyin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqlarına, Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcəklərinə əminliyini vurğulayıb. S.Əsəsdov sonda Ümummilli Lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunmasını polis işçilərinə göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Bildirib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, Ümummilli Lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək polis əməkdaşlarını salamlayıb, səmimi ürək sözlərini çatdıraraq 108 illik tarixi bir yol qət edən Azərbaycan Polisi əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini təbrik edib. Azərbaycan Polisinin ölkəmizdə ictimai sabitliyin təmin olunmasındakı rolundan danışan icra başçısı bildirib ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin tarixi təcrübəsi olan Azərbaycan Polisi öz peşə bayramını da məhz Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən qeyd edir. Azərbaycan Polisinə verilən bu önəmin səbəbi isə ondan qaynaqlanır ki, Ulu Öndər ictimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Ümummilli Lider Heydər Əliyevin “Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır!” dəyərli sözlərini dilə gətirən icra başçısı qeyd edib ki,Azərbaycan Polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib. İcra başçısı bildirib ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Cənab Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər”. Ölkədə baş verən hadisələr, sabitliyin davamlı olması, cinayət hadisələrinin üstünün isti izlərlə açılması da təsdiqləyir ki, Azərbaycan Polisi sabitliyin, əmin-amanlığın qorunması, vətəndaşların rahat və təhlükəsiz yaşaması istiqamətində ciddi fəaliyyət göstərir. Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Rayon rəhbəri qeyd edib ki, bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. 44 günlük Vətən müharibəsində istər ictimai asayişin qorunmasında, istər vətəndaşların təhlükəsizliyinin təmin edilməsində polis əməkdaşlarının gördükləri işlər minnətdarlıqla qarşılanmalıdır. Rayon rəhbəri bildirib ki, Ulu Öndərin hüquq-mühafizə orqanları ilə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısının polis əməkdaşlarının əməyini yüksək qiymətləndirərək hər zaman orden və medallarla, xüsusi rütbələrlə mükafatlandırması onlara olan qayğının əyani göstəricisidir. Qazax Rayon Polis Şöbəsinin fəaliyyətini, xidmətini yüksək qiymətləndirən icra başçısı onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Rayon rəhbəri sonda bir daha bütün polis əməkdaşlarının, eləcə də Qazax polislərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumuruğu ətrafında sıx birləşərək Vətənə və xalqa şərəflə, ləyaqətlə xidmət göstərdiklərini qeyd edib. Çətin, çətin olduğu qədər də şərəfli olan işlərində, peşələrində onlara uğurlar arzulayıb. 






















Facebook-da paylaş














