Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatı olub » Göyəzən internet portalı


Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatı olub VİDEO

Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatı olub

Qazax, 19 oktyabr. GÖYƏZƏN.AZ AZƏRTAC-a əsasən bildirir ki, oktyabrın 19-da Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatı olub

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb.

Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatı olub

Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir.

Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatı olub

Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib.

Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatı olub

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.



Facebook-da paylaş