Əsas Səhifə > Manşet / Rəsmi > Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatı olub
Qazax-Kosalar avtomobil yolunun yenidənqurmadan sonra təqdimatı olub19-10-2016, 10:00 |
Qazax, 19 oktyabr. GÖYƏZƏN.AZ AZƏRTAC-a əsasən bildirir ki, oktyabrın 19-da Qazax-Kosalar avtomobil yolunun yenidənqurma və bərpadan sonra təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 6 min nəfər əhalisi olan 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2016-cı il 19 avqust tarixli Sərəncamına əsasən başlanılıb. Uzunluğu 10 kilometr olan dördüncü texniki dərəcəli yolun torpaq yatağının eni 10 metr, iki zolaqdan ibarət hərəkət hissəsinin eni isə 6 metrdir. Avtonəqliyyat vasitələrinin hərəkətini tənzimləmək üçün yol boyu göstərici xətlər çəkilib, 42 yol nişanı quraşdırılıb, bir avtobus dayanacağı inşa edilib. Ümumilikdə uzunluğu 460 metr olan suötürücü boru tikilib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Geri qayıt |