Ordu ilə xalqın birlik nümunəsi » Göyəzən internet portalı


Ordu ilə xalqın birlik nümunəsi

Ordu ilə xalqın birlik nümunəsi
Qış fəslinin olmasına baxmayaraq Qazax rayonunda tikinti-quruculuq işləri öz axarı ilə davam edir. Bunu rayonda inşa edilən zavodların, istehsal müəssisələrinin sürətlə davam etdirilən tikintisindən aydın şəkildə görmək olar. Bunlarla yanaşı, Qazax şəhərində də tikinti-quruculuq işləri həyata keçirilir. Bunun nəticəsidir ki, şəhərin siması günü-gündən dəyişir, Qazax respublikamızın ən abad və ən gözəl şəhərlərindən birinə çevrilir.

Əsas diqqət şəhərdəki çoxmənzilli binaların təmirinə yönəlibdir. Təkcə onu qeyd edək ki, 2017-ci ildə Qazax şəhərində 78 çoxmənzilli yaşayış binası təmir olunubdur. Həmin işlər bu il də davam etdirilir. 2018-ci ildə 84 çoxmənzilli yaşayış binasının təmir olunması nəzərdə tutulubdur. Artıq onlardan 11-də təmir işləri aparılır.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün şəhərin “Hərbi şəhərcik” adlanan yaşayış massivinə gələrək burada yaşayan sakinlərlə görüşüb. Görüşdə hərbi hissə komandiri Fuad Ələkbərov da iştirak edib.

Binaların həyətində keçirilən görüşdə çıxış edən İcra Başçısı Qazax rayonunda hərbi ilə xalqın monolit birliyindən söz açaraq bildirib ki, “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” devizi altında rayonumuzda keçirilən hərbi-vətənpərvərlik tədbiri rayonumuzda xalqla ordunun sarsılmaz birliyini bir daha nümayiş etdirdi. Qeyd edib ki, Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularından biri olduğu kimi onun hərbiçisi də ən yaxşı şəraitdə yaşamalıdır. Bunun üçün dövlətimiz tərəfindən lazım gələn bütün tədbirlər görülür. Rəcəb Babaşov çıxışı zamanı hərbiçilərə göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, rayonumuzda hərbiçi ailələrinin yaşadığı Heydər Əliyev prospektində yerləşən 60 və 64 saylı beşmərtəbəli binalar əsaslı şəkildə təmir olunub, şəhərin ən abad və müasir binalarından birinə çevrilibdir. Bu, belə də olmalıdır. Çünki bizim hərbiçilərimiz, onların ailələri ən yaxşı şəraitdə yaşamalıdır

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə bu ərazidə yerləşən 4 çoxmənzilli binaların, eləcə də çoxmənzilli mehmanxana binasının əsaslı şəkildə təmir olunması barədə göstəriş verdiyini bildirib. Qeyd edib ki, bu binalar qısa müddətdə yüksək səviyyədə təmir olunacaq, hərbiçi ailələri üçün lazımi şərait yaradılacaqdır.

Sakinlərdən şəhid ailəsi Kifayət Mustafayeva, Firuzə Əhmədova, hərbiçi veteran Bəsti Osmanova, Zeynəb Mustafayeva, Dilarə Şıxıyeva və başqaları söz alaraq hərbiçi ailələrinə diqqət və qayğı göstərildiyinə görə Respublika Prezidenti İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova tükənməz təşəkkürlərini çatdırıblar.

Beləliklə, 192 ailənin yaşadığı Hüseyn Arif küçəsində yerləşən 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının, eləcə də hərbi mehmanxana binasının yaxın günlərdə təmirinə başlanılacaqdır.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir olunacaq binaları gəzərək vəziyyətlə yerində tanış olub, tapşırıq və tövsiyələrini verib.

Sonra İcra Başçısı bu ərazidə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasına gələrək mövcud vəziyyətlə tanış olub, bağça binasının da yaxın vaxtlarda təmir olunacağını bildirib.

Elçin İSMAYIL

Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi
Ordu ilə xalqın birlik nümunəsi


Facebook-da paylaş