• Təqvim

  • Maraq



8 Noyabr - Zəfər Günü ilə əlaqədar Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədbirlərin keçirilməsi davamlı şəkildə aparılır


Zəfər Günü - Azərbaycan xalqı üçün çox önəmli günlərdən biridir. İllərdir həsrətində olduğumuz torpaqlara qovuşmaq, yenidən o torpaqlara ayaq basmaq, doğmalarını torpaq uğrunda itirənlərin ürəyinə fərahlıq gəldiyi gündür - Zəfər Günü.
Sentyabrın 27-dən başlayan, cəmi 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrildi. Xalq öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü göstərdi.

Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə, Ali Baş Komandana   sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi.
44 günlük Vətən savaşında əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi Zəfərlə müjdələdilər.

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədbirlərin keçirilməsi davamlı şəkildə aparılır.

Noyabrın 5-də Kollecin müəllimləri Esmira Şıxməmmədova, Sənubər Mikayılova, Könül Rəsulova, Sevinc Heydərova, "Elektrik təchizatı", "Poçt rabitəsi", "Mühasibat uçotu", Yer qurluşu və torpaq  müfəttişliyi" ixtisasının tələbələri ilə birlikdə şəhər mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Vətənin azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla anıblar.

Şəhərin Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış "Qarabağ Azərbaycandır!" adlı Abidə kompleksini ziyarət ediblər.


Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edən tələbələr burada,  Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən guşə ilə yaxından tanış olublar.

Sonda gənclər Zəfəri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, döyüş zamanı sağlamlığını itirən qazilərimizə isə sağlam ömür arzulayıblar. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimizdir! Qarabağ Azərbaycandır!

GOYEZEN.AZ



Facebook-da paylaş