Əsas Səhifə > Təhsil > 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədbirlərin keçirilməsi davamlı şəkildə aparılır
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədbirlərin keçirilməsi davamlı şəkildə aparılır5-11-2022, 23:08 |
Zəfər Günü - Azərbaycan xalqı üçün çox önəmli günlərdən biridir. İllərdir həsrətində olduğumuz torpaqlara qovuşmaq, yenidən o torpaqlara ayaq basmaq, doğmalarını torpaq uğrunda itirənlərin ürəyinə fərahlıq gəldiyi gündür - Zəfər Günü. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə, Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədbirlərin keçirilməsi davamlı şəkildə aparılır. Noyabrın 5-də Kollecin müəllimləri Esmira Şıxməmmədova, Sənubər Mikayılova, Könül Rəsulova, Sevinc Heydərova, "Elektrik təchizatı", "Poçt rabitəsi", "Mühasibat uçotu", Yer qurluşu və torpaq müfəttişliyi" ixtisasının tələbələri ilə birlikdə şəhər mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər. Vətənin azadlığı uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla anıblar.
Şəhərin Nəriman Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış "Qarabağ Azərbaycandır!" adlı Abidə kompleksini ziyarət ediblər.
Sonda gənclər Zəfəri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət, döyüş zamanı sağlamlığını itirən qazilərimizə isə sağlam ömür arzulayıblar. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimizdir! Qarabağ Azərbaycandır! GOYEZEN.AZ Geri qayıt |