Qazax Rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbdə “Narkomaniyaya “YOX” deyək!” mövzusunda görüş keçirilib
Qazax Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və
Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində
narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə həsr
olunmuş silsilə maarifləndirici tədbirlər davam etdirilir. Növbəti maarifləndirici tədbir aprelin 29-da Qazax Rayon Şahnabad Nəsibova
adına Sarıvəlli kənd tam orta məktəbdə keçirilib. Qazax Rayon İcra
Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin
rəisi Sənan Əsədovun, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla
profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqovun,
Rayon Təhsil Şöbəsinin metodisti Orxan Əliyevin, məktəbin müəllim-şagird
kollektivinin, valideynlərin iştirak etdiyi tədbirdə narkomaniya və onun fəsadları
ilə bağlı geniş söhbət aparılıb, "ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı
ciddi problemlər diqqətə çatdırılıb. Eyni zamanda, narkomaniya ilə mübarizə
istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan
dövlət proqramları, sağlam həyat tərzinin vacibliyi haqqında geniş məlumatlar
verilib.
Qazax Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və
əhəmiyyətindən danışıb. Sağlam gənclik naminə bu cür görüşlərin böyük əhəmiyyət
kəsb etdiyini qeyd edib. Narkomanlığın bu gün dünyanı narahat edən qlobal
problemlərdən biri kimi cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə
vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat
və sağlamlığına ciddi təhlükə yaratdığını vurğulayıb. Polis rəisi bildirib ki, bu istiqamətdə keçirilən silsilə
maarifləndirici tədbirlər məktəblilərin zərərli vərdişlərdən uzaq durmalarında
böyük rol oynayır. Polis rəisi təhlükə mənbəyinə çevrilmiş narkomaniyaya
qarşı mübarizə aparmağın vacibliyini qeyd edərək dövrümüzün bəlası olan
narkomaniyanın insanlara vurduğu fiziki, mənəvi və maddi zərərlərdən söz
açıb. Bildirib ki, bu gün hər bir Azərbaycan vətəndaşı cəmiyyətimizi,
xüsusilə də gənc nəsli bu bəladan xilas etmək üçün həmrəylik nümayiş etdirərək
birgə mübarizə aparmalıdır. Ölkə Prezidentinin müvafiq tarixli Sərəncamı
ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə
dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn
mübarizə tədbirlərinin uğurla həyata keçirildiyini bildirib. S.Əsədov əsrin
bəlası olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verərək istər
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya
əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter
daşıdığını, hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu
bildirib. Sözügedən Dövlət Proqramının
icrası istiqamətində müvafiq tədbirlərin görüldüyünü qeyd edən natiq
bugünkü tədbirin də məhz bu məqsədi daşıdığını söyləyib. Narkomanlığa
və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə
narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə
aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin
edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq
"ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu
söyləyib. S.Əsədov sonda bir daha gənclərə pis vərdişlərdən və
ətraflarındakı "ağ ölümə” düçar olan şəxslərdən uzaq durmalarını tövsiyə
edib.
Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək narkomaniyaya qarşı aparılan
mübarizə tədbirləri, əldə olunan nəticələr barədə danışıb, bu istiqamətdə
maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti olduğunu söyləyib. Bildirib
ki, gənclərə mütəmadi olaraq cəmiyyətimizi, sağlam gələcəyimizi təhlükə altına
salan narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirləri barədə
məlumat verilməlidir. R.Gözəlov bu gün "Narkotik vasitələrin,
psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və
narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın
icrası istiqamətində görülən işlərin də məhz bu məqsədə xidmət etdiyini
bildirib. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının
bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də
yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirdiyini
vurğulayıb. Bugünkü tədbiri də həmin görüşlərin davamı kimi
göstərib. Rayon Prokurorucəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı
təhlükələr və fəsadlar barədə məktəbliləri maraqlandıran sualları cavablandıraraq
gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün onların hər zaman diqqətli
olmasının, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə
və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal hüquq-mühafizə
orqanlarına məlumat verməsinin vacibliyini diqqətə çatdırıb.
Qazax Rayon Şahnabad Nəsibova
adına Sarıvəlli kənd tam orta məktəbin direktoru Məzahir Omarov tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin
təşkilatçılarına rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.
Zərərli vərdişlərlə mübarizədə bu cür maarifləndirici görüşlərin əhəmiyyətini
vurğulayaraq gəncləri sağlam həyat tərzi keçirməyə çağırıb. Tədbirdə erkən nikaha daxilolma kimi neqativ halların
ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların
hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə
sosial problemlərin artmasına səbəb olmasından da danışılıb. Erkən nikaha
daxilolma mövzusuna toxunan natiqlər, yeniyetmə vaxtlarında qızların ailə
qurmasını onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə
törətdiyini qeyd edərək şagirdlərin əsasən təhsilə maraq göstərmələrinin və
gələcəyin yüksəkixtisaslı mütəxəssislər kimi yetişmələrinin vacibliyindən söz
açıblar. Sonda bir daha mövzu ilə bağlı məktəbliləri
maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş