BDU-nun Qazax filialı Vətən müharibəsinin qazisi olan tələbəsini təhsil haqqından azad edib
Yahyayev Sadiq Mübariz oğlu Bakı Dövlət Universitetinin
Qazax filialında təhsil alır. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
ixtisasının IV kursunda oxuyur. Filialın passiv tələbəsidir. S.Yahyayev Silahlı Qüvvələrin Müzəffər Ali
Baş Komandanı İlham Əliyayin rəhbərliyi altında Taixi Qələbəmizlə başa çatmış İkinci
Qarabağ müharibəsində əvvəldən axıra qədər iştirak edib. Füzuli, Xocavənd,
Hadrut, Cəbrayıl və Şuşanın düşmən işğalından azad olunması uğrunda gedən
döyüşlərdə mərdlik göstərib. S.Yahyayev noyabrın 9-da ağır yaralanıb və həkimlərin
səyi ilə həyata qaytarılıb. O, II qrup Qarabağ müharibəsi əlilidir. S.Yəhyayev göstərdiyi igidliyə görə
Respublika Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına
əsasən "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə”
medalları ilə təltif olunub. BDU-nun Qazax filialı təhsil müəssisəsi olaraq
hər zaman tələbələrinə qayğı ilə yanaşır. Öz ənənəsinə sadiq qalan filial rəhbərliyi
S.Yahyayevə də böyük diqqət və qayğı göstərib. BDU-nun Qazax filialının
direktoru, fəlsəfə doktoru, dosent Arif Rüstəmov qazi ilə görüşüb,
onun qayğıları ilə maraqlanıb. Filial direktorluğunun 2 iyun 2021 tarixli
iclasının qərarı ilə qazi S.Yahyayev 1500 manat təhsil haqqını ödəməkdən azad
edilib. Qazi S.Yahyayev ona göstərilən qayğıya görə
ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Filial tərəfindən onun
təhsil haqqısı ilə bağlı atılan addımı dövlətin növbəti qayğısı kimi qiymətləndirib
və filialın kollektivinə təşəkkürünü çatdırıb. GOYEZEN.AZ
Facebook-da paylaş