Əsas Səhifə > Təhsil > BDU-nun Qazax filialı Vətən müharibəsinin qazisi olan tələbəsini təhsil haqqından azad edib

BDU-nun Qazax filialı Vətən müharibəsinin qazisi olan tələbəsini təhsil haqqından azad edib


10-06-2021, 17:48


Yahyayev Sadiq Mübariz oğlu Bakı Dövlət Universitetinin Qazax filialında təhsil alır. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kursunda oxuyur. Filialın passiv tələbəsidir.

S.Yahyayev Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyayin rəhbərliyi altında Taixi Qələbəmizlə başa çatmış İkinci Qarabağ müharibəsində əvvəldən axıra qədər iştirak edib. Füzuli, Xocavənd, Hadrut, Cəbrayıl və Şuşanın düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə mərdlik göstərib. S.Yahyayev noyabrın 9-da ağır yaralanıb və həkimlərin səyi ilə həyata qaytarılıb. O, II qrup Qarabağ müharibəsi əlilidir.

S.Yəhyayev göstərdiyi igidliyə görə Respublika Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə” "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

BDU-nun Qazax filialı təhsil müəssisəsi olaraq hər zaman tələbələrinə qayğı ilə yanaşır. Öz ənənəsinə sadiq qalan filial rəhbərliyi S.Yahyayevə də böyük diqqət və qayğı göstərib. BDU-nun Qazax filialının direktoru, fəlsəfə doktoru, dosent Arif Rüstəmov qazi ilə görüşüb, onun qayğıları ilə maraqlanıb. Filial direktorluğunun 2 iyun 2021 tarixli iclasının qərarı ilə qazi S.Yahyayev 1500 manat təhsil haqqını ödəməkdən azad edilib.

Qazi S.Yahyayev ona göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Filial tərəfindən onun təhsil haqqısı ilə bağlı atılan addımı dövlətin növbəti qayğısı kimi qiymətləndirib və filialın kollektivinə təşəkkürünü çatdırıb.

GOYEZEN.AZ


Geri qayıt