Qazaxda təhsil işçilərinin və bağça müdirlərinin iştirakı ilə videokonfrans keçirilib
Bu gün Qazax Rayon İcra
Hakimiyyətinin təşkilatçılığı ilə rayonda şəhər və kəndlər üzrə fəaliyyət
göstərən məktəb direktorlarının, bağça müdirlərinin, təhsil işçilərinin
iştirakı ilə videokonfrans keçirilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya
Həsənovanın, Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin baş məsləhətçiləri Gülnar Quluyevanın və Teybə
Hüseynovanın iştirakı ilə təşkil olunan
videokonfransda avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə
sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda
keçirilən müşavirədə səslənən fikirlərə nəzər salınıb, dövlət başçısının
rəhbərliyi altında koronavirus (COVID-19) pandemiyasına
qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışılıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini
Gulaya Həsənova videokonfrans iştirakçılarını rayon rəhbərinin adından salamlayıb, keçirilən
videokonfransın məqsəd və əhəmiyyətindən söz açıb. Müavin
G.Həsənova bildirib ki, dövlət başçısının da qeyd etdiyi kimi, koronavirusa
qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə
qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət
nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət
altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından
xeyli aşağıdır. Müavin qeyd edib ki, ölkə rəhbərinin də dediyi kimi, ilk
günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı
tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq. G.Həsənova
pandemiya ilə mübarizədə dövlət başçısının səhiyyə işçilərinin əməyini yüksək
qiymətləndirməsini qazaxlı səhiyyə işçiləri tərəfindən də minnətdarlıq hissi
ilə qarşılandığını bildirib. Müavin ölkə başçısının öz çıxışında səhiyyə
işçilərinin əməyi haqqında yüksək fikirlər səsləndirməsini, ölkə başçısının
söylədiyi: "Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz
fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı
səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət
göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı
şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda, nəzərə
alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar
kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə
ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil
edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Fövqəladə
Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi,
1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da
əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya
çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə
gətirildi”, - kimi dəyərli fikirlərini səhiyyə sahəsində çalışan insanlara
verilən yüksək qiymət kimi dəyərləndirib. Müavin qeyd edib ki, dövlət başçısının vurğuladığı kimi: "İqtisadi
və sosial məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində
görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər
görülübdür. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi”. Cənab
Prezidentin də vurğuladığı kimi, ölkəmizdə çox böyük sosial layihələr həyata
keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord
sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu
imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz
xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin
olunacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il
iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə
mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də
dövlətimizin başçısı deyib: "Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil
verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700.
Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə
əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal
iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna
nail olacağıq”. Ölkə başçısının da qeyd etdiyi kimi, pandemiya dövrü olmasına
baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət
başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə
əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə
tutulub. Onlardan artıq 554 mənzil verilib. (təkcə son 20 gün ərzində 250
mənzil təqdim edilib). Digər mənzillər və fərdi evlər də ilin sonunadək
veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və
fərdi ev verilib. Azərbaycanın ərazi
bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda
döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da
diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu
istiqamətdə tədbirlər geniş vüsət alır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər
tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil
verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan
artıq 150-si təqdim edilib. Ümumilikdə isə Nazirlik tərəfindən ötən dövrdə
müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə
təminatı həyata keçirilib. Müavin vurğulayıb ki, Prezident İlham Əliyevin 21
iyul 2020-ci il tarixli Sərəncamı ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və
konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə
əlaqədar əlilliyi olmuş, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda
iştirak edib əlilliyi olmuş şəxslərin, II Dünya müharibəsi əlillərinin və
onlara bərabər tutulanların xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə
avtomobillərlə təminatının daha da gücləndirilməsinə şərait yaradır. Sərəncamla
bu məqsədlə Prezidentin ehtiyat fondundan 2 milyon 878 min 20 manat ayrılması
tapşırılıb. Şəhid ailələri Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu
təqaüd 2019-cu ildə 242 manatdan 300 manata çatdırılıb. Ümumən, ötən dövrdə bu
təqaüdün məbləği 3 dəfə artırılıb. Şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil
məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə (ailə
başçısını itirməyə görə aylıq əmək pensiyası aldıqları halda) aylıq sosial
müavinət də ödənilir. Şəhid vərəsələrinə birdəfəlik ödəmə (11 min manat)
proqramı artıq 100 faizə yaxın icra olunub: 12281 şəhid hərbi qulluqçunun və
şəhid polisin 18 mindən çox vərəsəsi ödəmə ilə təmin edilib. Qarabağ müharibəsi
əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə yanaşı,
Prezidentin aylıq təqaüdləri ilə də təmin edilirlər. Bu sosial ödənişlər də
ötən dövrdə əhəmiyyətli dərəcədə artırılıb, xüsusilə də 2019-cu ildə müavinət
və təqaüdlərdə orta hesabla 100 faiz artım edilib. Şəhid ailələrinin və Qarabağ
müharibəsi əlilləri övladlarının respublikamızın ali təhsil müəssisələrində və
orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının
təhsil müddəti ərzində təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına
ödənilir. Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri və müharibə əlilləri
üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. 2 milyon şəxsə sosial
ödənişlərin davamlılığı təmin edilmişdir. 6 ayda ötən illə müqayisədə əhaliyə
590 milyon manat (27%) çox vəsait ödənilmişdir. - Ünvanlı dövlət sosial
yardımı: 1 aprel tarixi ilə
müqayisədə 15 min ailə artaraq 85 min ailəyə (və ya 350 min şəxs) verilmişdir.
Aylıq orta məbləğ 225 manat; - Sosial xidmətlər: 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlil şəxsə evində sosial xidmət
göstərilmişdir. Sosial xidmət müəssisələrində 1000-dək şəxsə stasionar xidmət
göstərilir; - Ərzaq payları: Sosial tərəfdaşların dəstəyi ilə 100 min ailəyə 2 dəfə ərzaq payı
verilmişdir; - Müddəti bitən əlilliyi
olan şəxslər, işsizlikdən sığorta alanlar, peşə hazırlığına cəlb olunanlar üçün
(cəmi 16 min nəfər) ödəniş 2 aylıq uzadılmışdır. Əhaliyə güzəştli elektrik
enerjisi limiti aprel-may aylarında aylıq 100 kvts. həcmində artırılmışdır; - Məşğulluq və sosial
rifaha dəstək tədbirləri təqribən 5 milyon nəfəri əhatə edir: Dövlət
sektoru üzrə məşğulluq: 900 min nəfərin (80%-i işə çıxmasa da) iş yeri və əmək
haqları qorunub; - Özəl sektor üzrə
məşğulluq: 760 min nəfərin işsizliklə üzləşməsinin qarşısı alınıb. İlin
əvvəlindən əmək müqavilələrinin sayı 120 min (19%), əmək haqqı fondu 15% artıb; - İşsizlər və xüsusi
karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər: 190
manat (yaşayış minimumu) birdəfəlik ödəmə - aprel-may aylarında ölkə üzrə 600
min şəxsə 225 milyon manat ödənilib; İyul ayında sərt karantin
rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran,
Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz,
Samux, Siyəzən, Şəki) üzrə 290 min şəxsə 55 milyon manat vəsait sərf olunub; G.Həsənova
bildirib ki, ölkə Prezidentinin də qeyd etdiyi kimi: "Hazırda Azərbaycanın 13 şəhər
və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu
kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır.
Avqust ayında da onlara 190 manat ödəniləcək. Ödəmə həmin şəhər və rayonlar üzrə 278 min nəfəri əhatə edəcək və bunun
üçün 53 milyon manat ödəniləcək”. Dövlət başçısının da vurğuladığı kimi: "Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10
faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə
vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir.
Bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər,
eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq
addımlar bu iqtisadi canlanmanı təmin etməlidir, itkiləri azaltmalıdır.
Sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir.
Sahibkarlar tərəfindən də təqdim edilən layihələr gərək real bazarı nəzərə
alsın, həm daxili bazarı, həm xarici bazarı. Vergilərin 75 faizi özəl sektorda
formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, bu vergilər
yığılmayacaqdı. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində
proqnozdan əlavə vəsait yığa bildik. Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa
dəstək vermək niyyətini aydın göstərir. Eyni zamanda, Azərbaycanın iqtisadi
gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və
onun səmərəsini təmin etməyə imkan verir. Xüsusilə dövlət şirkətlərində (qaz,
su, elektrik enerjisi və s.) itkilər aradan qaldırılmalıdır. Dövlət şirkətlərinin
itkilərinin dövlətin hesabına aradan qaldırılması tendensiyasına son
qoyulmalıdır. Dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi
təmin olunmalıdır. Həmin şirkətlərdən itkilərin səbəbləri və onların aradan
qaldırılması ilə bağlı planlara dair açıqlamalar alınmalıdır”. Müavin qeyd edib ki, dövlət başçısı öz
çıxışında iqtisadiyyatın liberallaşdırılması sahəsində görüləcək işlərdən də
söz açıb. Ölkə rəhbəri bildirib ki: "Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə
bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr
deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə
sahəsində daha geniş islahatlar aparılmalıdır. Həm özəl, həm də xarici şirkətləri
biz maraqlandırmalıyıq. Ancaq bu yolla bu müəssisələr işə salına bilər. Çünki
Bakı şəhərində sovet vaxtından qalan nə qədər dağılmış müəssisələr var. Onların
böyük əraziləri var. O ərazilərdə həm yeni sənaye müəssisələri yaradıla bilər.
Ekoloji standartları tam gözləmək şərti ilə şəhərsalma ilə əlaqədar burada
böyük layihələr icra oluna bilər. İnvestorları cəlb etmək lazımdır. Öz puluna ərazini
abadlaşdırsın, ictimai zonalar yaratsın və binalar tikilsin. Çünki buna ehtiyac
var və bu, biznesi canlandıracaq. Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi
daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər
verməlidirlər və ictimai nəzarət olmalıdır. Böyük əhəmiyyət kəsb edən bütün layihələrin
icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidir”. Müavin qeyd edib ki, ölkə başçısının da
vurğuladığı kimi: "Koronavirusla bağlı
mübarizədə addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq. Biz hamımız yaxşı
başa düşürük ki, insanlar yorulub, karantin rejimi hamımızı yorur. Bütün rəhbərlik
fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Karantin rejimi nə
vaxt mümkünsə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq
vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra yenə də xəstəliyin
kəskin artdığını görsək, başqa çarə olmayacaq, rejim yenə də sərtləşdiriləcək.
Müsbət dinamika karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada
da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün
sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin
olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir.
Bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. İkinci
dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni
bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət
olmalıdır. Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır.
Ondan sonra əhəmiyyət baxımından bizim iqtisadi vəziyyətimiz, iqtisadi
inkişafımız, iqtisadiyyatın dayanıqlılığı və biznes dairələrinə göstərilən dəstək,
postpandemiya dövrünə hazırlıq gəlir. Bu, dünya üçün çox ciddi problemdir, bu
gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamı məsuliyyətli olmalıdır. Əgər
belə olsa, qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata
daha tez qayıtmaq mümkün ola bilər”. Musa Həsənov adına Birinci
Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev videokonfransda çıxış edərək
bildirib ki, biz vətəndaşlar ölkəmizdə koronavirus infeksiyasına yoluxma faktı
qeydə alınan ilk gündən dövlətimizin və ölkə Prezidenti İlham Əliyevin diqqət
və qayğısını hiss etdik. Respublika
Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan Respublikası
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə,
tapşırıqlarına əsasən COVID-19 pandemiyası ilə
mübarizə sahəsində bu günə kimi həyata keçirilən işlərin nəticəsidir ki, artıq
sağalanların sayı yoluxanların sayını hiss olunacaq dərəcədə üstələyib. Bu,
ölkə başçısının birbaşa rəhbərliyi altında dövlətimiz tərəfindən vətəndaşların
sağlamlığının qorunması istiqamətində görülən ardıcıl işlərin nəticəsidir. Bunu
ölkə başçısı öz çıxışında söylədiyi "Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ
insanların həyatı, onların sağlamlığıdır” fikirləri ilə bir daha sübut etdi ki,
doğurdan da ölkəmizdə vətəndaş amili hər zaman ön planda dayanır. İsmayıl Şıxlı adına Kosalar kənd
tam orta məktəbin direktoru Samir Hüseynov bildirib ki, ölkə başçısının pandemiya ilə
mübarizə sahəsində görülən işlərlə, əldə etdiyimiz nailiyyətlərlə bağlı
çıxışını dinləyən zaman bir daha qürur hissi keçirdik ki, Azərbaycan güclü
dövlət olaraq bu sahədə də öncül yerlərdə dayanmağı bacardı. Bu gün əldə etdiyimiz
uğurlar onu deməyə əsas verir ki, ölkəmizdə hər bir sahədə, o cümlədən də
təhsil sahəsində olan əvvəlki vəziyyət qısa bir vaxtda bərpa olunacaq, həyat
yenə də öz axarı ilə davam edəcək, şagirdlər və müəllimlər öz doğma
məktəblərinə gedəcəklər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə
göstərdiyi diqqət və qayğıdan söz açan məktəb direktoru bunun bariz nümunəsi
olaraq rəhbərlik etdiyi məktəbi göstərib. Bu gün Fond tərəfindən 1176 şagird
yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını
dövlətin gələcəyimiz olan uşaqlara göstərdiyi qayğısı kimi vurğulayıb.
Rəhbərlik etdiyi kollektiv adından bir daha başda ölkə başçısı olmaqla Mehriban
xanıma dərin minnətdarlığını bildirib. Araz Əmilov adına Daş Salahlı kənd
1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova da Azərbaycanda ölkə başçısı İlham Əliyevin rəhbərliyi
altında pandemiya ilə mübarizə sahəsində görülən işləri və əldə edilən
nailiyyətləri təhsil işçiləri olaraq yüksək qiymətləndirdiklərini qeyd
edib. GOYEZEN.AZ
Kosalar kənd 1 saylı
körpələr evi-uşaq bağçasının müdiri Şəfaqət Musayeva uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulması xəbərini
tərbiyəçilərin, valideynlərin, eləcə də uşaqların böyük sevinc hissi ilə
qarşıladıqlarını qeyd edib. Bağçanın təmir olunmasına görə rəhbərlik etdiyi
kollektiv adından ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını
bildirib.
Qazax
Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya
Həsənova videokonfransa
yekun vuraraq bu cür onlayn görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.
Müstəqil Azərbaycanın bundan sonra daha da çiçəklənməsi naminə həyata keçirəcəkləri
işlərdə uğurlar arzulayıb.
Facebook-da paylaş