“Mətanət A” şirkəti Qazaxda Əhəng zavodu tikir
Artıq zavodun inşası başa çatmaq üzrədir
Dövlətin sahibkarlığa verdiyi dəstək nəticəsində müstəqilliyimiz dövründə bir çox istehsal müəssisəsi yaranmağa başladı. Belə istehsal müəssisələrindən biri də 2000-ci ildə əsası qoyulan “Mətanət A” şirkətidir. Yarandığı gündən nou-hau (know how), innovativ SMART texnologiyaların tətbiqi ilə istehlakçıların diqqətini öz üzərinə çəkən “Mətanət A” şirkəti 17 illik uğurlu biznes fəaliyyəti ilə ölkə iqtisadiyyatının çiçəklənməsinə, sənayenin inkişafına hər zaman öz töhfəsini vermişdir.
Şirkət Azərbaycanda quru inşaat qarışıqlarının ilk istehsalçısıdır. Öz məhsullarında “XXI əsrin texnologiyası” statusunu qazanmaq əzmində olan yüksək rəqəmsal nanotexnologiyasını tətbiq etməklə bu gün həm yerli, həm də xarici bazarda geniş müştəri auditoriyası toplamışdır. Şirkətin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. Bu gün şirkət 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinin istehsalına müvəffəq olmuşdur.
Şirkətin İctimaiyyətlə Əlaqələr üzrə şöbəsindən GOYEZEN.AZ-a verilən məlumata görə hazırda “Mətanət A” şirkəti Qazax rayonu ərazisində illik istehsal gücü 50 000 ton olan Əhəng zavodunu inşa edir. İşlər sürətlə aparıldığından yeni zavodun tikintisi demək olar ki, başa çatdırmaq üzrədir. Əhəng zavoduna 15 milyon manat həcmində investisiya qoyulmuşdur. Müasir standartlara cavab verəcək zavod ən müasir texnologiyalarla təmin olunacaqdır. İsveçrənin qabaqcıl MAERZ şirkətinin avadanlıq və texnologiyaları əsasında qurulan zavod yerli sənaye müəssisələrini keyfiyyətli əhənglə təmin etməklə yanaşı, idxaldan asılılığı azaldacaqdır. Onu da qeyd edək ki, yeni zavodda istehsal ediləcək məhsullar həmçinin ixrac əhəmiyyətlidir.
Qazax Əhəng zavodunun fəaliyyətə başlaması ilə yeni iş yerləri də açılacaqdır. Yeni istehsal müəssisəsində 250 nəfərin yeni iş yeri ilə təmin olunması nəzərdə tutulub.

Facebook-da paylaş