Özümüzü və yaxınlarımızı qorumağın əsas yolu peyvənddir
Cənab Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və
tapşırıqlarına uyğun olaraq, ölkəmizdə koronavirus (COVID-19) pandemiyası
ilə mübarizə sahəsində bu gün də məqsədyönlü tədbirlər həyata keçirilir. Hazırda bütün dünyanı cənginə
alan yeni növ koronavirus (COVID-19) infeksiyası ilə ən güclü mübarizə üsulu isə
vaksinasiyadır. Azərbaycan koronavirus əleyhinə peyvəndləmə prosesinə ilkin
başlayan dövlətlərdəndir. Son günlər koronavirus infeksiyasına yoluxmaların
sayında artım müşahidə olunduğundan respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
infeksiyasının yayılmasının qarşısının alınması sahəsində həyata keçirilən
tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib. Bundan
əlavə, "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə
2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin
bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd
olunması prosesi uğurla davam edir.
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata
keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət
mərkəzində saxlanılır. Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən
rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar
şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə
bugünədək 150 min 161 doza vaksin
vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 59 min 701, ikinci
mərhələ üzrə peyvənd olunanların sayı isə 56 min 667 nəfərdir. Koronavirusun mutasiyası nəticəsində yeni "Delta”
variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra
ölkələrdə 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Hansi ki, Buster
peyvəndin gücləndirici dozasıdır. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni
variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü
tətbiq oluna bilər. Bu gün Qazaxda da vətəndaşlara buster dozanın vurulması
prosesi aparılır ki, bu günə kimi buster doza üzrə peyvənd olunanların
sayı 33 min 793 nəfərdir. Dövlətin pandemiya ilə
mübarizədə həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə, xüsusi
karantin rejimi qaydalarına ciddi şəkildə əməl etmək isə hər bir vətəndaşın
üzərinə düşən məsuliyyətdir. Unutmamalıyıq ki, özümüzü və yaxınlarımızı qorumağın əsas yolu peyvənddir.
GOYEZEN.AZ
Facebook-da paylaş