Qazaxda əhalinin vaksinasiyası uğurla davam edir
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə həyata keçirilən kompleks tədbirlər bu gün də davam etdirilir.
Son günlər koronavirus infeksiyasına yoluxmaların sayında artım müşahidə olunduğundan respublikamızın hər yerində olduğu kimi, Qazaxda da infeksiyasının yayılmasının qarşısının alınması sahəsində həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib.
"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət mərkəzində saxlanılır. Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə bugünədək 145 min 974 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 59 min 182, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 56 min 118 nəfərdir.
Koronavirusun mutasiyası nəticəsində yeni "Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Hansi ki, Buster peyvəndin gücləndirici dozasıdır. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər. Bu gün Qazaxda da vətəndaşlara Buster dozanın vurulması prosesi aparılır ki, bu günə kimi Buster doza üzrə peyvənd olunanların sayı 30 min 674 nəfərdir.
Dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi işlərə, verilən tapşırıq və tövsiyələrə, xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etmək isə hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.
GOYEZEN.AZ
Facebook-da paylaş