Qazaxda koronavirus əleyhinə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Respublika
Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi
altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın
tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19)
infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən
tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir. Respublikamızda
elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və
rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına
qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Qazaxda da olduğu kimi yerinə
yetirilir. Son
vaxtlar ölkədə, eləcə də rayonda koronavirus pandemiyasına yoluxanların sayında
kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması
və onun geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər
həyata keçirilir. Belə ki, son günlər ölkə ərazisində
koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların
sayındakı artım nəzərə alınaraq rayonda bu epidemiyaya qarşı mübarizə tədbirləri
genişləndirilib. Bu tədbirlər çərçivəsində sabah, avqust ayının 28-də
səhər saatlarından etibarən şəhərin mərkəzindəki prospekt, küçə, və yollarda,
həmçinin əhalinin sıxlıq təşkil etdiyi parklarda xüsusi kimyəvi maddələrlə
növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq. Dezinfeksiya işləri Qazax RİH başçısı yanında
yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən Rayon Gigiyena və
Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən təşkil ediləcək. Prospekt və
küçələr, parklar əməkdaşlar tərəfindən Xloromin B,
xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici
maddələr qatılmış xüsusi məhlulla əl aparatı və maşın vasitəsilə dezinfeksiya
olunacaq. Bununla əlaqədar, maddələrin qəbul olunmuş müəyyən
toksikliyini nəzərə alaraq, sakinlərdən ehtiyatlı olmaları xahiş olunur. GOYEZEN.AZ
Facebook-da paylaş