Qazaxda şəhər ərazisində fəaliyyət göstərən çayxanalarda növbəti dəfə dezinfeksiya işləri aparılıb
Son günlər hava şəraitinin dəyişmələri ilə əlaqədar olaraq COVID-19 infeksiyasına yoluxmaların sayında artım müşahidə olunur. Buna görə də ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, ölkədə pandemiya ilə mübarizə məqsədilə həyata keçirilən kompleks profilaktik tədbirlər bu gün də davam etdirilir. Respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər Qazaxda da uğurla icra olunur. Belə ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün istər şəhər mərkəzində, istərsə də rayonun kəndlərində zəruri tədbirlər həyata keçirilir. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən bu gün şəhər ərazisində fəaliyyət göstərən çayxanalarda növbəti dəfə dezinfeksiya işləri aparılıb. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çayxanalar təkrar olaraq Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dərmanlanıb. Eyni zamanda sanitar-gigiyena qaydalarına əməl olunması barədə çayxana sahiblərinə ciddi xəbərdarlıq edilib.
Şəhər ərazisində fəaliyyət göstərən çayxanalar
GOYEZEN.AZ
Facebook-da paylaş