Cənab Prezident İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və
tapşırıqlarına uyğun olaraq, ölkəmizdə koronavirus (COVID-19) pandemiyası
ilə mübarizə məqsədilə həyata keçirilən kompleks tədbirlər bu gün də davam
etdirilir.
Son günlər koronavirus infeksiyasına yoluxmaların
sayında artım müşahidə olunduğundan respublikamızın hər yerində olduğu kimi, Qazaxda da
infeksiyasının yayılmasının qarşısının alınması sahəsində həyata keçirilən
tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib.
"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi
əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkəmizin
bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata
keçirilən vaksinasiyanın vətəndaşların sağlamlığı üçün vacib olması daim diqqət
mərkəzində saxlanılır. Rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən
rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar
şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə
bugünədək 145 min 974 doza vaksin
vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 59 min 182, ikinci
mərhələ üzrə peyvənd olunanların sayı isə 56 min 118 nəfərdir.
Koronavirusun mutasiyası nəticəsində yeni "Delta”
variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra
ölkələrdə 3‑cü peyvənd dozası – buster dozası təklif olunur. Hansi ki, Buster
peyvəndin gücləndirici dozasıdır. Nəzərə alınmalıdır ki, bəzi hallarda
yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli
növü tətbiq oluna bilər. Bu gün Qazaxda da vətəndaşlara Buster dozanın
vurulması prosesi aparılır ki, bu günə kimi Buster doza üzrə peyvənd
olunanların sayı 30 min 674 nəfərdir.
Dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi
işlərə, verilən tapşırıq və tövsiyələrə, xüsusi karantin rejimi qaydalarına ciddi
şəkildə əməl etmək isə hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.
GOYEZEN.AZ
Geri qayıt
|