Qazaxda koronavirus əleyhinə növbəti dezinfeksiya işləri aparılıb
Son vaxtlar ölkədə koronavirus pandemiyasına
yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu
xəstəlikdən qorunması və xəstəliyin geniş yayılmasının qarşısının alınması
məqsədilə kompleks tədbirlər həyata keçirilir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da son günlər ölkə ərazisində
koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların
sayındakı artım nəzərə alınaraq bu epidemiyaya qarşı mübarizə tədbirləri
genişləndirilib. Genişmiqyaslı tədbirlər çərçivəsində Qazax RİH başçısı
yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən avqustun 28-də
səhər saatlarından başlayaraq növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya
işləri aparılıb. Dezinfeksiya işləri şəhərin Heydər Əliyev
prospektində, Bakı, Azadlıq, Firuddin Şamoyev küçələrində,
sakinlərin sıxlıq təşkil etdiyi "Fəxri qazaxlılar” parkında, "Qazax
Avtovağzal” ASC-də, şəhərdaxili və şəhərdən kəndlərə sərnişin daşıyan
marşrutlarda aparılıb. Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin
əməkdaşları tərəfindən qeyd edilən ərazilər, marşrutlar Xloromin B,
xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici
maddələr qatılmış xüsusi məhlulla dezinfeksiya olunub. Respublika Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və
tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının
yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən
tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər vətəndaşlar tərəfindən də
minnətdarlıqla qarşılanır. Heydər Əliyev prospekti Bakı küçəsi Azadlıq küçəsi Firuddin Şamoyev küçəsi "Qazax
Avtovağzal” ASC Şəhərdaxili və şəhərdən kəndlərə sərnişin daşıyan marşrutlar
"Fəxri qazaxlılar” parkı GOYEZEN.AZ
Facebook-da paylaş