Əsas Səhifə > Səhiyyə > Qazaxda koronavirus əleyhinə növbəti dezinfeksiya işləri aparılıb

Qazaxda koronavirus əleyhinə növbəti dezinfeksiya işləri aparılıb


28-08-2021, 15:01


Son vaxtlar ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım müşahidə edildiyindən vətəndaşlarımızın bu xəstəlikdən qorunması və xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir. 

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da son günlər ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayındakı artım nəzərə alınaraq bu epidemiyaya qarşı mübarizə tədbirləri genişləndirilib. 

Genişmiqyaslı tədbirlər çərçivəsində Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən avqustun 28-də səhər saatlarından başlayaraq növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb.

Dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospektində, Bakı, Azadlıq, Firuddin Şamoyev küçələrində, sakinlərin sıxlıq təşkil etdiyi "Fəxri qazaxlılar” parkında, "Qazax Avtovağzal” ASC-də, şəhərdaxili və şəhərdən kəndlərə sərnişin daşıyan marşrutlarda aparılıb.

Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən qeyd edilən ərazilər, marşrutlar Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dezinfeksiya olunub.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər vətəndaşlar tərəfindən də minnətdarlıqla qarşılanır. 

Heydər Əliyev prospekti









Bakı küçəsi



Azadlıq küçəsi


Firuddin Şamoyev küçəsi


"Qazax Avtovağzal” ASC





Şəhərdaxili və şəhərdən kəndlərə sərnişin daşıyan marşrutlar









 "Fəxri qazaxlılar” parkı






GOYEZEN.AZ


Geri qayıt