• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda prospekt və küçələrdə dezinfeksiya işləri aparılıb


Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Qazaxda həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir. 

Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Qazaxda da olduğu kimi yerinə yetirilir. Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər çərçivəsində prospekt və küçələr də dezinfeksiya olunur.

Bu gün Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən növbəti dezinfeksiya işləri şəhərin Heydər Əliyev prospektində, Bakı, Azadlıq, Firuddin Şamoyev, Əminə Dilbazi, Səməd Vurğun küçələrində aparılıb. Qeyd olunan ərazilər Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış məhlulla maşın vasitəsilə dezinfeksiya edilib.

Məlumat üçün qeyd edək ki, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

Heydər Əliyev prospekti







 Bakı küçəsi














 Azadlıq küçəsi



 Firuddin Şamoyev küçəsi



  Əminə Dilbazi küçəsi



  Səməd Vurğun küçəsi




GOYEZEN.AZ



Facebook-da paylaş