Qazaxda şəhər və kəndlərdə fəaliyyət göstərən çayxanalarda növbəti dezinfeksiya işləri aparılıb
Qazaxda ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir.
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qazaxda şəhər mərkəzi ilə yanaşı, kəndlərdə də zəruri tədbirlər görülür. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq dezinfeksiya olunur.
Qazax RİH başçısı yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə əsasən növbəti dezinfeksiya işləri şəhərdə, eləcə də rayonun Alpout, Quşçu Ayrım, Hüseynbəyli, Aslanbəyli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, İkinci Şıxlı, Kosalar, Canalı, Dəmirçilər, Qazaxbəyli kəndlərində fəaliyyət göstərən çayxanalarda aparılıb. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çayxanalar təkrar olaraq Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələr qatılmış xüsusi məhlulla dərmanlanıb. Eyni zamanda sanitar-gigiyena qaydalarına əməl olunması barədə çayxana sahiblərinə ciddi xəbərdarlıq edilib.
Şəhər ərazisində fəaliyyət göstərən çayxanalar
Aslanbəyli kəndi
Qaymaqlı kəndi
Aşağı Salahlı kəndi
Orta Salahlı kəndi
Yuxarı Salahlı kəndi
İkinci Şıxlı kəndi
Kosalar kəndi
Canalı kəndi
Dəmirçilər kəndi
Qazaxbəyli kəndi
GOYEZEN.AZ
Facebook-da paylaş