Qazax Rayon Doğum evinin həkimi, mama-ginekoloq Diləfruz Cəfərova son günlər çalışdığı müəssisə ilə bağlı səslənən fikirlər haqqında münasibət bildirib
Dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan
uğurlar səhiyyənin inkişafına böyük qayğının göstəricisidir. Ölkə rəhbərinin bütün
sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa və korrupsiyaya
qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi
tapşırıq və tövsiyələr Qazax rayonunda da birmənalı şəkildə icra olunur. Bu barədə ciddi
tədbirlər görülmüş və görülməkdədir. Rayon rəhbərliyinin və
hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə səhiyyə ocaqlarında
pandemiyaya qarşı mübarizə tədbirlərini yerində öyrənmək məqsədilə keçirilən
reyd zamanı vətəndaş Daş Salahlı kənd sakini Hüseynova Solmaz Binnət qızının "Qazax
Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Rayon Doğum evində
bir sıra neqativ halların olması ilə bağlı müraciət etmiş və vətəndaşın müraciəti
araşdırılmışdır. Araşdırma zamanı bir sıra neqativ hallar aşkar olunmuşdur. Bu
cür neqativ hallara yol verdiyinə görə aidiyyəti şəxslər barəsində cəza tədbirləri
görülmüşdür. Məhz vətəndaşın haqlı şikayəti bir neçə məsələlərin köklü şəkildə
həll edilməsinə şərait yaratdı və bu cür neqativ halların aradan qaldırılması
ilə bağlı görülən tədbirlər rayon ictimayyəti tərəfindən rəğbətlə qarşılandı. "Qazax
Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Doğum evində baş verən
bir sıra neqativ hallara görə Doğum evinin həkimi, mama-ginekoloq Diləfruz Cəfərova
məsələ ilə bağlı GOYEZEN.AZ internet
portalına açıqlama verərək son zamanlar Qazax
RMX Publik Hüquqi Şəxsi, Doğum evində baş verən neqativ hallar barədə sosial şəbəkələrdə
paylaşılan materialları izlədiyini, yazılmış tənqidi şərhləri oxuduğunu və ona
pis təsir etdiyini bildirib. D.Cəfərova çalışdığı səhiyyə ocağında bu cür
halların baş verməsini heç də yaxşı hal kimi qəbul etmədiyini bildirib. Ziyalı
olaraq öz ünvanına səsləndirilən xoşagəlməz fikirlərin ona utanc gətirdiyini, vətəndaşın
şikayətini və haqlı iradlarını qəbul etdiyini, bundan sonra şəffaf fəaliyyət
göstərəcəyini və bu cür neqativ halların baş verməməsi üçün əlindən gələni əsirgəməyəcəyinə
söz verdiyini qeyd edib. Çalışdığı Doğum evində, eləcə
də digər səhiyyə müəssisələrində şəffaflığın təmin olunması istiqamətində görülən
işlərə, eyni zamanda onları yanlış yoldan çəkindirdiklərinə görə bu işdə dəstək
olan şəxslərə öz adından və işlədiyi kollektiv adından minnətdarlığını
bildirib.
Facebook-da paylaş