Qazaxda şəffaflığın təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin ölkəmizdə bütün sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa
və korrupsiyaya qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində
verdiyi tapşırıq və tövsiyələr son illər Qazax rayonunda da birmənalı şəkildə
icra olunur. Rayon rəhbərliyi tərəfindən bu sahə daim diqqət mərkəzində
saxlanılır, rayonda şəffaflığın təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü
işlər görülür. Son günlər "Qazax Rayon Mərkəzi
Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Doğum evində bir sıra neqativ halların olması ilə bağlı müraciətin
operativ şəkildə araşdırılması və lazımi tədbirlərin görülməsi bu sahənin
bundan sonra da diqqət mərkəzində olmasından xəbər verir. "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon
Doğum evində baş verən bir sıra neqativ halların rayonun digər səhiyyə müəssisələrində təkrar edilməməsi
üçün səhiyyə müəssisələrində bu barədə bir daha ciddi söhbətlər aparılır, xəbərdarlıqlar
edilir. Növbəti xəbərdarlıq "Qazax
Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Cərahiyyə şöbəsində və "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik
Hüquqi Şəxsi, Uşaq Xəstəxanasında olunub. Qazax
RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini
müvəqqəti icra edən Gülnar Quluyeva, "Qazax
Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik
Hüquqi Şəxsin həkim statisti Kavı Məmmədov, Səhiyyə İşçiləri Həmkarlar
İttifaqları Şurasının sədri Sevda Həsənova hər iki səhiyyə müəssisəsində
olublar. Həkim və tibb işçiləri ilə sıra məsələlər, o cümlədən korrupsiya və
rüşvət alma məsələləri müzakirə edilib.
"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova rayonda səhiyyə müəssisələrində
rüşvətxorluğa dair neqativ halların baş verməməsi üçün bir daha onlara xəbərdarlıq
edib. Öz işlərinə vicdanla və məsuliyyətlə yanaşmalarını bildirib. Qazax
RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini
müvəqqəti icra edən Gülnar Quluyeva bir daha rayon rəhbərliyi adından tibb
işçilərinə xəbərdarlıq edərək vətəndaş narazılığı olduğu təqdirdə məsələnin
hüquq-mühafizə orqanları səviyyəsində araşdırılacağını və bu barədə lazımi tədbirlərin
görüləcəyini qeyd edib. "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Cərahiyyə şöbəsində cərrah-həkim Binyamin Abbasəliyev
son zamanlar rayonun bəzi səhiyyə müəssisələrində baş verən xoşagəlməz halları
qınadıqlarını bildirib. Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq öz işlərində
vicdanla çalışacaqlarını vurğulayıb. "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Uşaq Xəstəxanasının baş həkimi Üzeyir Vəliyev
də öz növbəsində Doğum evində baş vermiş hadisələri pisləyib və səhiyyə müəssisələrinin
bu kimi neqativ hallarda adlarının çəkilməməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş