Əsas Səhifə > Səhiyyə > Qazaxda şəffaflığın təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür

Qazaxda şəffaflığın təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür


25-07-2020, 18:24


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə bütün sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr son illər Qazax rayonunda da birmənalı şəkildə icra olunur. Rayon rəhbərliyi tərəfindən bu sahə daim diqqət mərkəzində saxlanılır, rayonda şəffaflığın təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

Son günlər "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Doğum evində bir sıra neqativ halların olması ilə bağlı müraciətin operativ şəkildə araşdırılması və lazımi tədbirlərin görülməsi bu sahənin bundan sonra da diqqət mərkəzində olmasından xəbər verir.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Doğum evində baş verən bir sıra neqativ halların rayonun digər səhiyyə müəssisələrində təkrar edilməməsi üçün səhiyyə müəssisələrində bu barədə bir daha ciddi söhbətlər aparılır, xəbərdarlıqlar edilir.

Növbəti xəbərdarlıq "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Cərahiyyə şöbəsində və "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Uşaq Xəstəxanasında olunub.

Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova, "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkim statisti Kavı Məmmədov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqları Şurasının sədri Sevda Həsənova hər iki səhiyyə müəssisəsində olublar. Həkim və tibb işçiləri ilə sıra məsələlər, o cümlədən korrupsiya və rüşvət alma məsələləri müzakirə edilib.

 

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova rayonda səhiyyə müəssisələrində rüşvətxorluğa dair neqativ halların baş verməməsi üçün bir daha onlara xəbərdarlıq edib. Öz işlərinə vicdanla və məsuliyyətlə yanaşmalarını bildirib.

Qazax RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin səlahiyyətlərini müvəqqəti icra edən Gülnar Quluyeva bir daha rayon rəhbərliyi adından tibb işçilərinə xəbərdarlıq edərək vətəndaş narazılığı olduğu təqdirdə məsələnin hüquq-mühafizə orqanları səviyyəsində araşdırılacağını və bu barədə lazımi tədbirlərin görüləcəyini qeyd edib.

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Cərahiyyə şöbəsində cərrah-həkim Binyamin Abbasəliyev son zamanlar rayonun bəzi səhiyyə müəssisələrində baş verən xoşagəlməz halları qınadıqlarını bildirib. Vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq öz işlərində vicdanla çalışacaqlarını vurğulayıb.  

"Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Uşaq Xəstəxanasının baş həkimi Üzeyir Vəliyev də öz növbəsində Doğum evində baş vermiş hadisələri pisləyib və səhiyyə müəssisələrinin bu kimi neqativ hallarda adlarının çəkilməməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirib.

GOYEZEN.AZ


Geri qayıt