Əsas Səhifə > Səhiyyə > Qazax Rayon Doğum evinin həkimi, mama-ginekoloq Diləfruz Cəfərova son günlər çalışdığı müəssisə ilə bağlı səslənən fikirlər haqqında münasibət bildirib
Qazax Rayon Doğum evinin həkimi, mama-ginekoloq Diləfruz Cəfərova son günlər çalışdığı müəssisə ilə bağlı səslənən fikirlər haqqında münasibət bildirib30-07-2020, 16:51 |
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlar səhiyyənin inkişafına böyük qayğının göstəricisidir. Ölkə rəhbərinin bütün sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da birmənalı şəkildə icra olunur. Bu barədə ciddi tədbirlər görülmüş və görülməkdədir. Rayon rəhbərliyinin və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə səhiyyə ocaqlarında pandemiyaya qarşı mübarizə tədbirlərini yerində öyrənmək məqsədilə keçirilən reyd zamanı vətəndaş Daş Salahlı kənd sakini Hüseynova Solmaz Binnət qızının "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, Rayon Doğum evində bir sıra neqativ halların olması ilə bağlı müraciət etmiş və vətəndaşın müraciəti araşdırılmışdır. Araşdırma zamanı bir sıra neqativ hallar aşkar olunmuşdur. Bu cür neqativ hallara yol verdiyinə görə aidiyyəti şəxslər barəsində cəza tədbirləri görülmüşdür. Məhz vətəndaşın haqlı şikayəti bir neçə məsələlərin köklü şəkildə həll edilməsinə şərait yaratdı və bu cür neqativ halların aradan qaldırılması ilə bağlı görülən tədbirlər rayon ictimayyəti tərəfindən rəğbətlə qarşılandı. "Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi, rayon Doğum evində baş verən bir sıra neqativ hallara görə Doğum evinin həkimi, mama-ginekoloq Diləfruz Cəfərova məsələ ilə bağlı GOYEZEN.AZ internet portalına açıqlama verərək son zamanlar Qazax RMX Publik Hüquqi Şəxsi, Doğum evində baş verən neqativ hallar barədə sosial şəbəkələrdə paylaşılan materialları izlədiyini, yazılmış tənqidi şərhləri oxuduğunu və ona pis təsir etdiyini bildirib. D.Cəfərova çalışdığı səhiyyə ocağında bu cür halların baş verməsini heç də yaxşı hal kimi qəbul etmədiyini bildirib. Ziyalı olaraq öz ünvanına səsləndirilən xoşagəlməz fikirlərin ona utanc gətirdiyini, vətəndaşın şikayətini və haqlı iradlarını qəbul etdiyini, bundan sonra şəffaf fəaliyyət göstərəcəyini və bu cür neqativ halların baş verməməsi üçün əlindən gələni əsirgəməyəcəyinə söz verdiyini qeyd edib. Çalışdığı Doğum evində, eləcə də digər səhiyyə müəssisələrində şəffaflığın təmin olunması istiqamətində görülən işlərə, eyni zamanda onları yanlış yoldan çəkindirdiklərinə görə bu işdə dəstək olan şəxslərə öz adından və işlədiyi kollektiv adından minnətdarlığını bildirib. Geri qayıt |