“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
Ölkə Prezidenti İlham Əliyevin müvafiq tarixli Sərəncamı ilə elan edilmiş "Heydər Əliyev İli” ilə əlaqədar yanvarın 19-da Qazax Suvarma Sistemləri İdarəsində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov çıxış edərək 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışıb. Vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mübarizəsindən xəbər verən tarixi gerçəklikdir. Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərdiyini xüsusi qeyd edən M.Vəkilov Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək səsləndirdiyi bəyanatın əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlərdən söz açıb.
Digər çıxış edənlər vurğulayıblar ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymət verilib. 20 Yanvar faciəsi qurbanlarının xatirəsi uca tutulur, şəhid ailələri, əlil olmuş vətəndaşlarımız dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunur.
Facebook-da paylaş