• Təqvim

  • Maraq



Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib


“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında" ölkə Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Qazaxda silsilə tədbirlərin keçirilməsinə start verilib.

Yanvarın 16-da həmin tədbirlər çərçivəsində Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 


Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov tədbiri giriş sözü ilə açaraq Prezident İlham Əliyevin müvafiq tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsinin əlamətdar hadisə olduğunu söyləyib. Dahi şəxsiyyət, Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əbədi, dönməz və sarsılmaz olması uğrunda əvəzsiz xidmətlərinin gələcək nəsillərə çatdırılmasında bu ilin mühüm əhəmiyyət daşıdığını qeyd edib. H.Pənahov xalqımızın azadlıq mübarizəsi yolunda başına gətirilmiş qətliamların, qırğınların araşdırılmasında, tədqiq edilməsində, əsl günahkarların tanıdılmasında, həmin tarixi hadisələrin dünya ictimaiyyətinə düzgün, tarixi faktlarla çatdırılmasında, hadisələrə ilkin siyasi-hüquqi qiymətin verilməsində Ümummilli Liderin fəaliyyətinin danılmaz olduğunu bildirib. Yalnız Ümummilli Lider Heydər Əliyevin həyatını təhlükəyə ataraq hadisənin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, qanlı faciənin fəsadlarını olduğu kimi çatdırmaq üçün dünya ictimaiyyəti qarşısında qəzəbli, cəsarətli və ifşaedici bəyanatla çıxış etdiyini söyləyib. 


Çıxışlarda Ulu Öndərin təkcə Azərbaycanın inkişafı, tərəqqisi, çiçəklənməsi, müstəqilliyin xilası istiqamətində böyük işlər müəllifi olmadığı, eyni zamanda tariximizin, keçmişimizin, milli-mənəvi yaddaşımızın yenidən bərpasında, müstəqillik yolunda, azadlıq mübarizəsində çəkdiyi məşəqqətlərin, qırğınların, faciələrin araşdırılması, yenidən xalqa, dünya ictimaiyyətinə tanıtdırılması, təbliğ edilməsi, ilkin siyasi-hüquqi qiymətin verilməsi istiqamətində bir çox işlərə öz əbədi imzasını atdığı vurğulanıb. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini aldığı qeyd olunub.


GOYEZEN.AZ



Facebook-da paylaş