Qazaxda 27 Sentyabr – Anım Günü ərəfəsində Şəhidlər xiyabanları və qəbiristanlıqlarda iməcilik keçirilib
Qazaxda 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhər və kəndlərdə yerləşən Şəhidlər xiyabanlarında, eləcə də rayonun bütün yaşayış məntəqələrindəki qəbiristanlıqlarda iməcilik keçirilib. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanlarında, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksində, rayonun Daş Salahlı, Yuxarı Salahlı, İkinci Şıxlı, Çaylı kəndlərində yerləşən xiyabanlarda, həmçinin bütün qəbiristanlıqlarda iməcilik işləri aparılıb. İməcilik zamanı qəbiristanlıqların içərisi və ətrafı təmizlənib, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb. Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanları “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanı İkinci Şıxlı kəndində yerləşən Şəhidlər xiyabanı Yuxarı Salahlı kəndində yerləşən Şəhidlər xiyabanı Birinci Şıxlı kənd qəbiristanlığı Aşağı Salahlı kənd qəbiristanlığı Orta Salahlı kənd qəbiristanlığı Ürkməzli kənd qəbiristanlığı Dəmirçilər kənd qəbiristanlığı GOYEZEN.AZ
Facebook-da paylaş