Əsas Səhifə > Şəhidlər > Qazaxda 27 Sentyabr – Anım Günü ərəfəsində Şəhidlər xiyabanları və qəbiristanlıqlarda iməcilik keçirilib

Qazaxda 27 Sentyabr – Anım Günü ərəfəsində Şəhidlər xiyabanları və qəbiristanlıqlarda iməcilik keçirilib


25-09-2022, 14:40


Qazaxda 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhər və kəndlərdə yerləşən Şəhidlər xiyabanlarında, eləcə də rayonun bütün yaşayış məntəqələrindəki qəbiristanlıqlarda iməcilik keçirilib.  

Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanlarında, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksində, rayonun Daş Salahlı, Yuxarı Salahlı, İkinci Şıxlı, Çaylı kəndlərində yerləşən xiyabanlarda, həmçinin bütün qəbiristanlıqlarda iməcilik işləri aparılıb. 

İməcilik zamanı qəbiristanlıqların içərisi və ətrafı təmizlənib, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan digər işlər görülüb.

Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanları

“Qarabağ Azərbaycandır!” Abidə Kompleksi

Daş Salahlı kəndində yerləşən Şəhidlər xiyabanı

İkinci Şıxlı kəndində yerləşən Şəhidlər xiyabanı


Yuxarı Salahlı kəndində yerləşən Şəhidlər xiyabanı

Birinci Şıxlı kənd qəbiristanlığı

Aşağı Salahlı kənd qəbiristanlığı

Orta Salahlı kənd qəbiristanlığı

Ürkməzli kənd qəbiristanlığı


Dəmirçilər kənd qəbiristanlığı


GOYEZEN.AZ


Geri qayıt