Vətən müharibəsinin qazaxlı şəhidi əsgər İlqar Hüseynovun doğum günüdür
Şəhidlərimizi
tanıyaq və tanıdaq--------------------------------------- Yola saldığımız 2020-ci il tarixə Qələbə, Zəfər ili kimi yazıldı. Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında şanlı Azərbaycan Ordusunun hərb tariximizə yazdığı böyük Qələbə
yaddaşlara əbədi həkk olundu. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən İkinci Qarabağ
müharibəsi işğal altında olan torpaqlarımızı sahibinə qaytardı. 44 günlük Vətən müharibəsində,
haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi
oldu. Bu
gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun
gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli
bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, əsgər
və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Şəhidlərimizin ruhu
qarşısında bir ömür boyu baş əyməliyik. "Qarabağ
Azərbaycandır!” deyərək Ali Baş Komandanın
"İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda
döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də əsgər Hüseynov İlqar Yaşar oğludur. Bu gün Vətən müharibəsinin qazaxlı
şəhidi əsgər İlqar Hüseynovun doğum günüdür. Yaşasaydı 20 yaşı tamam olacaqdı... Bizim hər
birimizin vətəndaş olaraq borcu və vəzifəsi şəhidlərimizi hər an yad etmək,
onları daim hörmət və ehtiramla anmaqdır. Bütün şəhidlərimiz kimi şəhid İlqar
Hüseynovun da əziz xatirəsini dərin ehtiramla yad edirik. Vətəni canı qədər sevən
qəhrəman Vətən oğlunun ruhu qarşısında baş əyərək ailəsinə və
yaxınlarına bir daha başsağlığı veririk. Ruhun şad, məkanın cənnət olsun Şəhidim! Şəhid İlqar Hüseynov 17 yanvar
2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel
Hacımahmudova adına ümumi orta məktəbin 1-ci sinfinə getmişdir. 2016-cı ildə həmin
məktəbin 9-cu sinfini bitirmişdir. Həmin ildə Qazax Dövlət Sosial-İqtisadi
Kollecinin elektrik təchizatı ixtisasına daxil olmuş, 2020-ci ildə bitirmişdir.
Kolleci bitirdikdən sonra 07.07.2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə
çağırılmışdır. Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir.
28.09.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində düşmənin hücumunun
qarşısını alarkən "N" saylı hərbi hissənin artilleriya
batareyasının əsgəri Hüseynov İlqar Yaşar oğlu qəhrəmancasına şəhid
olmuşdur. Şəhid əsgərimiz 29.09.2020-ci il tarixdə şəhərdəki
Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi. Şəhid İlqar
Hüseynov da ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il
tarixli Sərəncamına əsasən "Vətən uğrunda” medalı ilə təltif
olunmuşdur.
GOYEZEN.AZ
Facebook-da paylaş