20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq
olunmuş "20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi
ilə bağlı tədbirlər planı”na əsasən respublikamızda keçirilən silsilə anım
tədbirləri Qazaxda da davam etdirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun 19 dekabr 2018-ci il tarixli 9-21/170 nömrəli Sərəncamına əsasən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə
əlaqədar tədbirlər planı
da hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq rayonun bütün idarə,
müəssisə və təşkilatlarında, təhsil ocaqlarında 20 Yanvar faciəsinin iyirmi
doqquzuncu ildönümü silsilə anım tədbirləri ilə qeyd olunur. Qazax rayon
Təhsil şöbəsində, Elektrik şəbəkəsində, Şəmkir Regional Qaz İstismar İdarəsinin
Qazax Xidmət sahəsində, Suvarma Sistemləri İdarəsində, Melioservis İdarəsində,
"Azərpoçt” MMC-nin Qazax Poçt filialında, "Aztelekom” MMC-nin Qazax
Telekommunikasiya Qovşağında, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunda, Gənclər
və İdman İdarəsində, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialında 20
Yanvar faciəsi qurbanlarının, Vətənimizin azadlığı, müstəqilliyi və ərazi
bütövlüyü uğrunda həyatlarını qurban verən igid oğul və qızlarımızın əziz
xatirələri bir dəqiqəlik sükutla yad edilib. Şəhərin mərkəzində yerləşən
Şəhidlər Xiyabanı ziyarət olunub. Anım tədbirlərindəXX əsrdə insanlığa qarşı törədilmiş qırğınların,
zorakılığın ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsinin xalqımızın qan
yaddaşına əbədi həkk edildiyi, həmin qanlı hadisələrin Azərbaycanın gələcək
taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına
mühüm təsir göstərdiyi vurğulanıb. Çıxış edənlər 20 Yanvar faciəsini müstəqil
Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi
qiymətləndiriblər. Xalqını bu ağır günlərdə tək qoymayan xalqımızın böyük oğlu,
ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsi ilə bağlı görüdüyü misilsiz
işlərdən də söhbət açılıb. Məhz ulu öndərin yanvarın 21-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış
etdiyini, dahi şəxsiyyətin özünün və ailə üzvlərinin həyatını təhlükə altında
qoyaraq böyük cəsarət göstərdiyini və 20 Yanvar faciəsinə siyasi qiymət
verilməsini tələb etdiyini bildiriblər. Ümummilli liderin 1993-cü ildə siyasi
hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin
araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm
addımlar atıldığını, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar
faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd ediblər. Bu gün ulu öndərin siyasi xəttini böyük uğurla
davam etdirən Prezident İlham Əliyevin şəhid ailələrinə və sağlamlıqlarını
itirmiş şəxslərə hər zaman qayğı ilə yanaşdığını, dövlət başçısının Sərəncamı
ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdünün təyin edildiyini və
daim yardımlar göstərildiyini diqqətə çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş