İdarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətlərinə baxılıb
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı dövlət siyasətinin əsasını təşkil edir. Bu, eyni zamanda, vətəndaş amilinin, vətəndaş məmnunluğunun əsas götürülməsi deməkdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.
Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.
Bu həftə ərzində rayon üzrə 19 idarə və müəssisədən 9-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 229 nəfər vətəndaş qəbul edilib. Onlardan 117 nəfərin müraciəti müsbət həll olunub, 112 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 18 nəfər vətəndaş müraciət edib. Onlardan 6 nəfər xəstəlik, 5 nəfər əlillik dərəcəsinin təyini, 1 nəfər sənədlə, 3 nəfər işlə, 3 nəfər stasionar müalicə ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 10-u yerində həll edilib, 8-i isə qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 10 nəfərin müayinə ilə bağlı istəyi müsbət həll edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 132 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 72 nəfərin istəyi müsbət həll edilib, 60 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 52 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 15 nəfərin istəyi müsbət həll edilib, 37 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
"Aztelekom” MMC-nin Qərb Regional filialının Qazax şöbəsinə həftə ərzində müraciət etmiş 1 nəfərin telefon çəkilişi, 1 nəfərin telefon addəyişməsi ilə bağlı istəyi müsbət həllini tapıb.
8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 5 nəfərin su xətti və su sayğacı ilə bağlı istəkləri müsbət həll edilib.
Qazax Suvarma Sistemləri İdarəsinə həftə ərzində müraciət edən 1 nəfər vətəndaşın torpaq sahəsini suvarması barədə müraciəti müsbət həll edilib. Daş Salahlı kənd sakinlərinin kənddə “Dərə bağ” adlanan məhəllədə qazılmış subartezian quyusunun suyunu axıdan arxın beton üzlüyə alınması barədə müraciətləri dinlənilərək onlara arxın beton üzlüyə alınması ilə əlaqədar aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığı, plana salınaraq nəzərdə tutulduğu izah edilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 4 nəfər vətəndaşın işlə təmin olunma ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.
Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 2 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciətləri təmin edilib. 2 nəfər vətəndaşın addəyişmə ilə bağlı müraciətləri dinlənilərək aidiyyəti üzrə “Asan xidmət” mərkəzinə yönləndirilib.
Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.
GOYEZEN.AZ
Facebook-da paylaş