• Təqvim

  • Maraq



Həftə ərzində idarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətinə baxılıb


Bu gün ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrdə vətəndaş amilini, vətəndaş məmnunluğunu əsas götürməsi bir daha onu göstərir ki, bu amil dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Bu, eyni zamanda hər bir dövlət məmuruna nümunədir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 8-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 283 nəfər vətəndaş qəbul edilib. Onlardan 198 nəfərin müraciəti müsbət həll olunub, 85 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 22 nəfər vətəndaş müraciət edib. Onlardan 4 nəfər xəstəlik, 2 nəfər stasionar müalicə, 4 nəfər işə qəbul, 4 nəfər digər xəstəxanaya göndəriş, 3 nəfər əlillik dərəcəsinin təyini, 4 nəfər sənəd, 1 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 14-ü yerində həll edilib, 8-i isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 6 nəfərin müayinə, 4 nəfərin səhhəti, 1 nəfərin işə qəbulla bağlı istəyi təmin olunub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 186 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 130 nəfərin istəyi müsbət həll edilib, 56 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 46 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 31 nəfərin istəyi müsbət həll edilib, 15 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 1 nəfərin telefon xəttinin çəkilişi, 1 nəfərin nömrənin addan-ada dəyişməsi, 1 nəfərin nömrənin bərpa olunması ilə bağlı istəyi müsbət həllini tapıb. 

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 3 nəfər vətəndaşın kanalizasiya xəttindəki, 3 nəfər vətəndaşın su xəttindəki qəzalarla bağlı istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 3 nəfər vətəndaşın işlə təmin olunma ilə bağlı müraciətləri qanunamüvafiq qaydada cavablandırılıb. 

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 2 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi ilə bağlı müraciətləri təmin edilib. 1 nəfər vətəndaşın evində elektrik əşyalarının yanması barədə müraciətləri araşdırılaraq qanunamüvafiq qaydada cavablandırılıb. 

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfər vətəndaşın subsidiyanın alınması ilə bağlı müraciəti dinlənilərək istəyi təmin olunub. 2 nəfər vətəndaşın dövlət aktı ilə bağlı müraciətləri dinlənilərək qanunamüvafiq qaydada cavablandırılıb. 

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş