• Təqvim

  • Maraq



Həftə ərzində idarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciətinə baxılıb


Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bütün sahələrdə vətəndaş amilinə, vətəndaş məmnunluğuna üstünlük verilməsi hər bir dövlət məmuruna nümunədir. Bu, eyni zamanda vətəndaş amilinin dövlət siyasətinin prioritet istiqamətini təşkil etməsi deməkdir.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 8-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 220 nəfər vətəndaş qəbul edilib. Onlardan 123 nəfərin müraciəti müsbət həll olunub, 97 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 18 nəfər vətəndaş müraciət edib. Onlardan 7 nəfər xəstəlik, 2 nəfər stasionar müalicə, 5 nəfər işə qəbul, 2 nəfər dərman, 1 nəfər əlillik dərəcəsinin təyini, 1 nəfər sənədlə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 13-ü yerində həll edilib, 5-i isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 3 nəfərin xəstəliklə, 6 nəfərin müayinə, 1 nəfərin səhhəti ilə bağlı istəyi təmin olunub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 101 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 58 nəfərin istəyi müsbət həll edilib, 43 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 78 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 29 nəfərin istəyi müsbət həll edilib, 49 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 2 nəfər vətəndaşın telefon xəttinin çəkilişi ilə bağlı istəyi müsbət həllini tapıb. 

"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 3 nəfər vətəndaşın saxlanca düşən maneqramla bağlı istəyi müsbət həll olunub.

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 2 nəfər vətəndaşın kanalizasiya xəttindəki qəza, 2 nəfər vətəndaşın su xəttindəki qəza, 1 nəfər vəttəndaşın su sayğacı ilə bağlı istəkləri müsbət həll edilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 2 nəfər vətəndaşın SMS sayğaca pul yüklənməsi, 1 nəfər vətəndaşın işığın yanması ilə bağlı istəyi təmin edilib.

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş