• Təqvim

  • Maraq



Həftə ərzində idarə, müəssisə, təşkilat və xidmət sahələrində vətəndaşların müraciəti dinlənilib


Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən bütün sahələrdə vətəndaş amilinə, vətəndaş məmnunluğuna üstünlük verilməsi hər bir dövlət məmuruna nümunədir. Bu, eyni zamanda vətəndaş amilinin dövlət siyasətinin prioritet istiqamətini təşkil etməsi deməkdir.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 11-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 265 nəfər vətəndaş qəbul edilib. Onlardan 118 nəfərin müraciəti müsbət həll olunub, 147 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 23 nəfər vətəndaş müraciət edib. Onlardan 6 nəfər xəstəlik, 8 nəfər stasionar müalicə, 1 nəfər işə qəbul, 3 nəfər digər xəstəxanaya göndəriş, 3 nəfər dərman, 1 nəfər əlillik dərəcəsinin təyini, 1 nəfər digər məsələ ilə bağlı müraciət etdiyini bildirib. Müraciətlərin 17-si yerində həll edilib, 6-sı isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 10 nəfərin xəstəliklə bağlı istəyi təmin olunub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 121 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 58 nəfərin istəyi müsbət həll edilib, 63 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 90 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 17 nəfərin istəyi müsbət həll edilib, 73 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 1 nəfər şəhid anası Orucova Səidə Fərman qızının, eləcə də digər 2 nəfər vətəndaşın telefon xəttinin çəkilişi ilə bağlı istəyi müsbət həllini tapıb. 

"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 4 nəfər vətəndaşın saxlanca düşən maneqram, 1 nəfər vətəndaşın əməkhaqqı kartının yenilənməsi ilə bağlı istəyi müsbət həll olunub.

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 2 nəfər vətəndaşın kanalizasiya xəttindəki qəza, 2 nəfər vətəndaşın su sayğacı ilə bağlı istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunda həftə ərzində 3 nəfər vətəndaşın işlə təmin olunma ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. 1 nəfər vətəndaşın məktəbə bərpa olunma ilə bağlı istəyi təmin edilib.

Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinə qaz sayğacı ilə bağlı müraciət etmiş 2 nəfər vətəndaşa qanunamüvafiq qaydada izahat verilib.

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın sayğacın yoxlanılması, 1 nəfər vətəndaşın TM dəyişmə ilə bağlı istəyi təmin edilib.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın artıq ödənmiş vəsaitin geri qaytarılması ilə bağlı müraciəti müsbət həllini tapıb. 

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş