• Təqvim

  • Unutma

  • Maraq



İdarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəklərinə baxılıb


Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amilinin, vətəndaş məmnunluğunun təşkil etməsi hər bir dövlət məmuruna nümunədir.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 10-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 306 nəfər vətəndaş qəbul edilib. Onlardan 174 nəfərin müraciəti müsbət həll olunub, 132 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 12 nəfər vətəndaş müraciət edib. Onlardan 4 nəfər xəstəliklə, 1 nəfər arayışla, 4 nəfər işə qəbulla, 1 nəfər digər xəstəxanalara göndərişlə, 2 nəfər əllliklə bağlı müraciət etdiyini bildirib. 4 nəfərin müraciəti yerində həll edilib, 8 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 5 nəfərin müayinə, 3 nəfərin xəstəliklə, 2 nəfərin səhhəti ilə bağlı, ümumilikdə, 10 nəfər vətəndaşın istəyi təmin olunub.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 183 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 127 nəfərin istəyi müsbət həll edilib, 56 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 86 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 26 nəfərin istəyi müsbət həll edilib, 60 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına həftə ərzində müraciət etmiş 1 nəfər İkinci Şıxlı kənd sakini, şəhid ailəsinin internet və telefon xəttinin, 1 nəfər şəhər sakininin telefon xəttinin çəkilişi ilə bağlı istəyi müsbət həllini tapıb. 

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 3 nəfər vətəndaşın kanalizasiya və su xəttindəki qəza ilə bağlı istəkləri müsbət həll edilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində müraciət etmiş 2 nəfər vətəndaşın işlə təmin olunma, 1 nəfər vətəndaşın övladının məktəbə qəbul edilməsi ilə bağlı müraciəti qanunamüvafiq qaydada cavablandırılıb. 1 nəfər vətəndaşın övladının şəhər məktəbinə qəbul edilməsi ilə bağlı istəyi müsbət həll olunub. 

Qazax Elektrik Şəbəkəsində həftə ərzində müraciət etmiş 4 nəfər vətəndaşın istəyi dinlənilib. Vətəndaşların ad dəyişmə, işə qəbul, borcun araşdırılması, elektrik gərginliyinin zəif olması ilə bağlı müraciətlərinə müvafiq izahat verilib.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfər vətəndaşın subsidiyanın köçməməsi barədə müraciəti dinlənilərək səbəbi ona qanunamüvafiq qaydada izah olunub.

Qazax Rayon Gənclər və İdman İdarəsinə həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın övladının Respublika Olimpiya İdman Liseyinə qəbulla bağlı istəyi müsbət həllini tapıb.

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş