• Təqvim

  • Maraq



Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəklərinə baxılıb


Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili, vətəndaş məmnunluğu təşkil edir ki, bu, vətəndaşlara göstərilən qayğıda hər zaman real əksini tapır. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.

Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.

Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 12-nə müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 343 nəfər vətəndaş qəbul edilib. Onlardan 166 nəfərin müraciəti müsbət həll olunub, 177 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində 6 nəfər vətəndaş işlə təmin olunma ilə bağlı müraciət edib ki, vətəndaşların müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.

"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına ünvan dəyişmə və internet xəttinin çəkilməsi ilə bağlı müraciət etmiş 2 nəfər vətəndaşın istəyi müsbət həllini tapıb. 

"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 2 nəfər vətəndaşın saxlanca düşən maneqram və mobil telefona ödəniləcək məbləğlə bağlı istəyi müsbət həll olunub.

8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 3 nəfər vətəndaşın kanalizasiya xəttinin təmizlənməsi və su xəttindəki qəza ilə bağlı istəkləri müsbət həll edilib.

Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 3 nəfərin subsidiyanın köçməməsi, 1 nəfərin Kür çayının daşması səbəbindən su altında qalan taxıl sahəsi barədə müraciəti dinlənilərək vətəndaşlara qanunamüvafiq izahat verilib.

Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 3 nəfərin müayinə, 5 nəfərin xəstəliklə, ümumilikdə, 8 nəfər vətəndaşın istəyi təmin olunub.

Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 21 nəfər vətəndaş müraciət edib. Onlardan 5 nəfər xəstəliklə, 5 nəfər arayışla, 3 nəfər imtiyazlı qrupa aid dərmanla, 3 nəfər işə qəbulla, 1 nəfər digər xəstəxanalara göndərişlə, 2 nəfər stasionar müalicə, 2 nəfər əllliklə bağlı müraciət etdiyini bildirib. 12 nəfərin müraciəti yerində həll edilib, 9 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax Rayonu üzrə Maliyyə Şöbəsində həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın artıq ödənmiş vəsaitin geri qaytarılması ilə bağlı müraciətinə qanunamüvafiq izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 177 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 114 nəfərin istəyi müsbət həll edilib, 63 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 114 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 20 nəfərin istəyi müsbət həll edilib, 94 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.

Qazax Elektrik Şəbəkəsinə həftə ərzində müraciət etmiş 4 nəfər vətəndaşın müxtəlif məzmunlu istəyinə baxılıb. Vətəndaşların transformatorda olan qüsur, elektrik dayağının əyilməsi, SMS sayğac və işığın sönməsi ilə bağlı istəkləri təmin edilib.

Qazax Rayon Gənclər və İdman İdarəsinə həftə ərzində müraciət etmiş 1 nəfər vətəndaşın Respublika Olimpiya İdman Liseyinə qəbulla bağlı istəyi müsbət həllini tapıb.

Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.

GOYEZEN.AZ



Facebook-da paylaş