Qazaxda idarə, müəssisə, təşkilat və xidmət sahələrinə həftə ərzində müraciət etmiş vətəndaşların istəkləri dinlənilib
Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı bütün sahələrdə özünü göstərir ki, bu, dövlət siyasətinin əsasında vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanmasının göstəricisidir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbullar onu deməyə əsas verir ki, vətəndaş məmnunluğuna hər zaman önəm verilir. Vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi bu məqsədə xidmət edir.
Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər. Bunu həftə ərzində edilən müraciətlərdən və həlli istiqamətində görülmüş işlərdən də aydın şəkildə görmək olur.
Bu həftə ərzində rayon üzrə 20 idarə və müəssisədən 9-na müxtəlif mövzularla bağlı vətəndaş müraciəti olub. Ümumilikdə, 191 nəfər vətəndaş qəbul edilib. Onlardan 109 nəfərin müraciəti müsbət həll olunub, 82 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsində həftə ərzində 66 nəfərin müxtəlif səpkili müraciəti dinlənilib. Onlardan 48 nəfərin istəyi müsbət həll edilib, 18 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına həftə ərzində 77 nəfər müxtəlif mövzularla müracət edib ki, onlardan 26 nəfərin istəyi müsbət həll edilib, 51 nəfərə isə qanunamüvafiq qaydada izahat verilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektoruna həftə ərzində 5 nəfər vətəndaş işlə təmin olunma ilə bağlı müraciət edib ki, vətəndaşların müraciəti qanunamüvafiq qaydada cavablandırılıb.
"Aztelekom” MMC-nin Qazax Telekommunikasiya Qovşağına telefon xəttinin çəkilməsi, nömrənin addan-ada keçirilməsi ilə bağlı müraciət etmiş 3 nəfər vətəndaşın istəyi müsbət həllini tapıb.
"Azərpoçt” MMC-nin Qazax Poçt filialına həftə ərzində müraciət edən 1 nəfər vətəndaşın göndərilmiş pul baratlarının siyahısının çıxarılması ilə bağlı istəyi müsbət həll olunub.
8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal Sahəsinə müraciət etmiş 2 nəfər vətəndaşın su sayğacının qoyulması barədə istəyi müsbət həll edilib.
Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində 1 nəfərin gübrə və toxum pulunun nəğdləşdirilməsi barədə müraciəti dinlənilərək ona qanunamüvafiq izahat verilib.
Qazax Müalicə Diaqnostika Mərkəzinə həftə ərzində müraciət etmiş 1 nəfər şəhid anasının göndərişlə bağlı istəyi təmin olunub.
Qazax Rayon Mərkəzi Xəstəxanasına həftə ərzində 35 nəfər vətəndaş müraciət edib. Onlardan 4 nəfər xəstəliklə, 5 nəfər arayışla, 1 nəfər imtiyazlı qrupa aid dərmanlar və əlilliklə, 3 nəfər işə qəbulla, 12 nəfər xəstəxanalara göndərişlə, 7 nəfər stasionar müalicə, 3 nəfər müayinə və müalicə ilə bağlı müraciət etdiyini bildirib. 28 nəfərin müraciəti yerində həll edilib, 7 nəfərin müraciəti isə qanunamüvafiq qaydada cavablandırılıb.
Vətəndaşları dinləmək, həlli mümkün olan məsələlərdə dəstək olmaq, müvafiq izahat vermək, lazım yarandığı halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq, bir sözlə, vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur. Bu, Qazaxda həm rayon rəhbərliyi, həm də rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri tərəfindən birmənalı şəkildə yerinə yetirilir. Bütün bunların arxasında isə dövlətin, ölkə rəhbərinin vətəndaşına olan qayğısı dayanır.
GOYEZEN.AZ
Facebook-da paylaş