• Təqvim

  • Maraq



YAP Qazax Rayon Təşkilatının yeni təyin olunmuş sədri ərazi partiya təşkilat sədrlərinə təqdim olunub


Fevralın 3-də Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatında rayon təşkilatına yeni sədr təyin olunmuş Anar Telman oğlu Nəbiyevin ərazi partiya təşkilatı sədrlərinə təqdimatı ilə bağlı tədbir keçirilib.

Tədbirdən əvvəl YAP Qazax Rayon Təşkilatı aparatının işçiləri və bir qrup partiya fəalı Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətə olan dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunaraq Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.




 

Tədbiri giriş sözü ilə YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov açaraq Azərbaycanın ötən dövr ərzində yüksək nailiyyətlərə, yeni–yeni uğurlara imza atdığını bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələri sırasına qoşulub. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Azərbaycanın regionda və dünyada mövqelərini daha da möhkəmləndirib. A.Xudadanov qeyd edib ki, ölkəmizin böyük nailiyyətlər qazanmasında Yeni Azərbaycan Partiyasının da xüsusi rolu vardır. Belə ki, partiyamızın fəalları ölkəmizin inkişafına öz töhfələrini verir, möhtərəm Prezident, partiyamızın Sədri cənab İlham Əliyevin siyasətinin uğurlarını ictimaiyyət arasında yüksək səviyyədə  təbliğ edirlər.


2021-ci ilin mart ayında keçirilən YAP-ın VII Qurultayı və Qurultayda qəbul olunmuş qərarlar partiyamızın inkişafında yeni mərhələnin əsasını qoydu. Qurultayda Prezident, partiyamızın Sədri İlham Əliyevin proqram xarakterli nitqi, yeni nizamnamənin qəbul olunması və digər mühüm qərarlar YAP-ın gələcək fəaliyyətində böyük önəm daşıyan amillərdən olduğu A.Xudadanov tərəfindən xüsusilə vurğulanıb.

Daha sonra Araz Xudadanov YAP Qazax rayon təşkilatına yeni sədr təyin olunmuş Anar Telman oğlu Nəbiyev haqqında ərazi partiya təşkilatı sədrlərinə məlumat verib.


 

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev ona göstərilən bu yüksək etimada görə partiya rəhbərliyinə öz dərin minnətdarlığını bildirərək bu etimadı əməli işləri ilə, yüksək fəallığı ilə doğruldacağına söz verib.

107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, qocaman partiya fəalı, Əməkdar müəllim Bəsdi Ələkbərova, partiya fəalı İsgəndər Qurbanov çıxış edərək YAP Qazax Rayon Təşkilatının yeni sədrini təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıblar.



 

GOYEZEN.AZ



Facebook-da paylaş