YAP Qazax rayon təşkilatının X hesabat konfransı keçirilib
Avqustun 9-da Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının videoformatda X hesabat konfransı
keçirilib. Videokonfransda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan
Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin
müdiri Əhliman Tağıyev, aparatın baş məsləhətçisi Araz Xudadanov, Şura üzvləri, Nəzarət-Təftiş Qrupunun üzvləri,
ərazi təşkilatlarının sədrləri və sədr müavinləri iştirak ediblər. Əvvəlcə Yeni
Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın
ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP QazaxRayon Təşkilatının sədri Həmid Pənahovun
hesabat məruzəsi dinlənilib. Bildirib ki, rayon təşkilatının IX konfransından
ötən dövr ərzində ölkəmiz və bölgəmiz üçün yaddaqalan hadisələrlə zəngin
olmuşdur. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa
edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Şanlı Qələbəmiz
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti, xalqımızın
birliyi, həmrəyliyi, Qəhrəman Ordumuzun rəşadəti və peşəkarlığı nəticəsində
qazanılmışdır. Bu gün Heydər Əliyev siyasi kursu möhtərəm Prezidentimiz,
partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP
ölkədə aparılan islahatlara öz töhfələrini
verir. Bu ilin mart ayında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı
partiyanın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Rayon təşkilatının sədri daha sonra bildirib ki,
hesabat dövrü ərzində təşkilatın kəmiyyət və keyfiyyət baxımından daha da
inkişaf etdirilməsi, ideoloji və təşkilatı işlərin gücləndirilməsi ilə bağlı
bir sıra tədbirlər həyata keçirilmişdir. Partiyamızın qurucusu Heydər Əliyevin
zəngin irsi geniş təbliğ və təşviq edilmişdir. Hazırda rayon təşkilatında 73 ərazi
ilk partiya təşkilatı 10249 nəfər partiya üzvünü özündə birləşdirir. Onlardan 6515 nəfəri, yəni 63,6%-i
qadınlar, 2556 nəfəri, yəni 24,9%-i gənclərdir. Sonra YAP Qazax Rayon Təşkilatının
Nəzarət-Təftiş Qrupunun sədri Ramil Qurbanovun hesabatı dinlənilib. Müzakirələr zamanı Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, YAP
Qazax Rayon Təşkilatının sədr müavini Məmməd
Yusifov, rayon təşkilatının Şura üzvü Tərlan
Bədəlova, rayon təşkilatının İdarə Heyətinin üzvü Anar Nəbiyev, Qazax şəhər İ.Qayıbov adına 3
saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Tahirə Xasməmmədova hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər. Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat
şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı, ölkə
Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata
keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə
çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni
reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə
nail olmaq potensialına, gücünə malikdir. Əhliman Tağıyev çıxışının sonunda YAP Qazax rayon
təşkilatının gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini verib. Konfransda YAP Qazax Rayon Təşkilatının
hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib. GOYEZEN.AZ
Facebook-da paylaş