Qazaxın fəxri, Vətən Müharibəsi Qəhrəmanı Nicad Bədəlovu doğum günü münasibətilə təbrik edirik
2020-ci il hərb tariximizdə və xalqımızın
yaddaşında müstəqil Azərbaycan dövlətinin erməni faşizmi üzərindəki 44 günlük Vətən
müharibəsində qazandığı unudulmaz Qələbə ilə yadda qaldı. Prezident, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yenilməz
Ordumuz bu Qələbəni Azərbaycan xalqına yaşatdı. 44 gündə qəhrəmanlığı ilə tarix yazan
oğullarımızdan biri də üçrəngli bayrağımızı işğaldan azad etdiyi torpaqlara
sancan, xalqına qələbə sevincini yaşadan, bu günlərdə doğum gününü qalib ölkənin vətəndaşı olaraq
qeyd edən, hamımızın fəxri, qürur mənbəyimiz Vətən Müharibəsi Qəhrəmanı Nicad
Bədəlovdur. Bu əlamətdar günü təkcə Qəhrəmanımız deyil, bütün
xalqımız qeyd edib. 32 il öncə, Qarabağ savaşından 1 il əvvəl – 1989-cu ilin 12
dekabrında Qazax mahalının Kommuna (indiki Bala Çaylı) kəndində dünyaya göz
açan oğlan illər sonra Qarabağın döyünən ürəyinə, vuran biləyinə, dizinin
gücünə çevrildi. 3300 metr yüksəkliyi – sıldırım qayaları, çalın-çarpaz
yolları, Şuşanın başı dumanlı dağlarını Qartal kimi fəht etdi. Nicad Şuşaya ilk
daxil olan Qəhrəmanlardandır. Şuşanın Zəfər tarixinin yazılmasında kapitan
Nicad Bədəlovun öz dəst-xətti, öz imzası var. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizi, onların
ailələrini, qazilərimizi, müharibə iştirakçılarını daim diqqətdə saxlayan Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalıb qəhrəmanımızı təbrik
etməyi də unutmayıb. İcra başçısı Rəcəb Babaşov Vətən Müharibəsi Qəhrəmanı Nicad Bədəlovu doğum günü münasibətilə
Qazax ictimaiyyəti, ziyalılar və öz adından səmimi qəlbdən təbrik edib. İgid Vətən
oğluna cansağlığı və ən xoş arzularını çatdırıb. Müstəqil Azərbaycanımızın,
Qazaxımızın inkişafı naminə gələcək işlərində və fəaliyyətində uğurlar
arzulayıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində
xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin
məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman
göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin, hərbi qulluq vəzifəsini
yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına
əsasən Nicad Bədəlova "Vətən Müharibəsi Qəhrəmanı” adı
verilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi
uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət
nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Füzulinin azad olunmasına görə”
medalı ilə təltif edilib. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi
uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət
nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci
il tarixli Sərəncamına əsasən Nicad Bədəlov "Şuşanın azad olunmasına görə”
medalı ilə təltif olunub. GOYEZEN.AZ
Facebook-da paylaş